İlhamə Quliyeva: “Elnarə ilə bağlı açıqlama verməyi özümə sığışdırmıram”
25
мар
2009
07:28
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Nazpəri Dostəliyeva: “Pul qarşılığında müsahibə vermək Elnarənin haqqıdır”Müğənni Elnarənin açıqlamasında bundan sonra mediaya müsahibələrini pul qarşılığında verəcəyi barədə sözləri birmənalı qarşılanmayıb. Bəzi sənətçilər bunun doğru olduğunu bildirsələr də, digərləri Elnarəni kəskin tənqid ediblər. Azərbaycanın xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva da bizə fərqli fikir açıqladılar.İlhamə Quliyeva media və sənətçi ünsiyyətinin yeni formasına tənqidi münasibət bildirdi: “Bununla bağlı danışmaq istəmirəm. Özümə sığışdırmıram ki, Elnarə ilə bağlı açıqlama verim. Bu barədə açıqlama verməyim onun yaradıcılığına, özünə şöhrət gətirər. Mən böyük layihələr barədə danışmaq istərdim. İlhamə Quliyevanın dördüncü hakimiyyətə hörməti olub, yenə də olacaq. Həmişə müsahibələrimdə qeyd etmişəm ki, dördüncü hakimiyyətin nümayəndələri olanı, gördüklərini işıqlandırırlar”.Nazpəri Dostəliyeva isə pul qarşılığında müsahibə verilməsini doğru addım hesab edir: “Mənə elə gəlir ki, bu Elnarənin haqqıdır. Mən ölkə xaricində olanda konsert verən zaman müraciət edən hər jurnalistlərə pul qarşılığında müsahibə vermişəm. Bu, Türkiyədə konsert verəndə də belə olub. Məncə belə də olmalıdır”. Xalq artisti Zülfiyyə Xanbabayevanın prodüseri və meneceri Nigar Hacızadə də bu addımın çoxdan atılmalı olduğunu bildirdi: “Mən fikirləşirəm ki, KİV-lərin sayı çox olduğundan bu cür addım atılması normal və düzgündür. Bu qədər KİV-ə müsahibə vermək bilirsiniz nə deməkdir? Onlar dövlətə gəlirlər verirlər. Düşünürəm ki, bu addım atılmalıdır, özü də qanun çərçivəsində...”lent.az |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...