İki aparıcı ANS-den qovuldu
04
дек
2009
11:49
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Kamran Həsənli ilə Turan İbrahimov arasındakı gərginlik onların hər ikisinin işini itirməsi ilə nəticələnibDünən teleaparıcı Turanın səhhəti qəfildən pisləşib. Lent.az-a daxil olan məlumata görə, o, gün ərzində özünü yaxşı hiss etsə də, axşam saatlarında səhhətində anidən problem yaranıb. Xəbəri Turanın ailə üzvlərindən biri Lent.az-a təsdiqləsə də, həmin şəxs açıqlama verməkdən imtina edib. T.İbrahimov bu gün aparıcısı olduğu “Günəbaxan” proqramına çıxmayıb. Turanının nə vaxt efirə qayıdacağı hələlik məlum deyil.Etibarlı mənbədən isə Lent.az-a bildirilib ki, aparıcı ANS televiziyasından qovulub. Buna bir neçə gün əvvəl onun aparıcı Kamran Həsənli ilə aralarında yaranan insident səbəb olub. Belə ki, aparıcılar öz proqramların bir-birlərinin ünvanına xoşagəlməz ifadələr səsləndiriblər. Buna görə hər iki aparıcı televiziyadan uzaqlaşdırılıb. Bundan sonra “Şənbə gecəsi”ni Sevil Nuriyeva, “Toylar kraliçası”nı Çingiz Əhmədov aparacaq. “Günə baxan”ı isə bu gün Könül Baxşəliyeva təqdim edib. |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...