Özcan Dəniz biseksualdır? - ŞOK

Özcan Dəniz biseksualdır? - ŞOK
Шоу-бизнес 3
Müğənni ona biseksual damğası vurmaq istəyənləri cəzalandıracaq"Biseksual olmağım barədə danışılmağa başlandı. Bu iddialar üzündən mənəvi cəhətdən çox əziyyət çəkdim. Bu iddialar mənə təsvir edə bilməyəcəyim qədər zərər verdi". Bu sözlər türk müğənnisi Özcan Dənizə məxsusdur. Türkiyə mətbuatının yaydığı məlumata, Özcan Dəniz biseksual olduğunu iddia edən keçmiş sevgilisi maniken Şəbnəm Şaffer haqqında şikayətini geri götürmək fikrində deyil. Belə ki, müğənninin iddiasına görə, Şəbnəmdən ayrıldıqdan sonra keçmiş sevgilisi anası ilə birlikdə onun haqqında əsassız və gerçəkdən uzaq şaiyələr yayıb. Özcan Dəniz bu şaiyələrin onun cəmiyyətdəki etibarına zərər gətirdiyini iddia edərək həmin şəxslərin cəzalandırılmasını tələb edib. Məhkəmədə şahid qismində dinlənilən rejissor Teymur Savcı məşhur sənətçi ilə film üzərində çalışdıqlarından Özcanın bu söz-söhbətlərdən nə dərəcədə ziyan çəkdiyinin şahidi olduğunu bildirib: "Özcan keçirdiyi mənəvi böhran üzündən özünə qapılmışdı. Biz onu "Ya sonra" filminin çəkilişlərinə dəvət etmişdik. Lakin onun ruhən buna hazır olmadığını görüb, çəkilişləri sonraya saxladıq". Xəbərin qarayaxma olduğuna inanırsınız?
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости