10 il anasının üzünü görməyən məşhur müğənni kimdir?

10 il anasının üzünü görməyən məşhur müğənni kimdir?
Шоу-бизнес 7

Bir müddət əvvəl narkotika asılığından əziyyət çəkdiyini və buna görə Moskvada müalicə kursu keçdiyini etiraf edən məşhur estrada müğənnisi Samir Bağırov haqqında yenə müxtəlif fikirlər dolaşır. Onun bəzi insanlar tərəfindən bilərəkdən bu bəlaya düçar edildiyi deyilir.

BaKu.ws portalına bu barədə açıqlama verən Samir Bağırov bu məsələ ətrafında çox düşündüyünü etiraf etsə də, fikrini konkretləşdirmək istəmədi. "Əslində, bu barədə çox fikirləşmişəm. Ola bilsin ki, paxıllığımı çəkən insanlar bunu mənə bir oyun kimi qurublar. Çünki depressiyada olduğum vaxtlarda, məndən istifadə edənlər olub. Bu da bir məqam idi. Amma yenə də günahı özümdə görürəm. Gərək, istifadəyə yol verməzdim. İradəli ola bilmədim. Amma müalicədən sonra səhvimi başa düşmüşəm".Özünü şarmlı müğənni hesab edən Samir Bağırov imici ilə bağlı bunları söylədi:"Bizdə yüksək marka ilə geyinən müğənnilər çoxdur. Amma onların hamısını xarizmalı hesab etmək olmaz. Bahalı geyim markası müğənnini özəlləşdirə bilməz. Şəxsən mən Moskvada yaşayan vaxtlarda müğənni kimi az tanınmışam. Amma məni görənlərin hamısı müğənni olduğumu dilə gətirirdi. Əksəriyyəti isə Filip Kirkorova bənzədiyimi söyləyirdi. Mən bu fərqliliyi özümdə yarada bilmişəm".Moskvadan söz düşmüşkən, Samir Bağırov orada olarkən barəsində gəzən şayiələrə də toxundu. Xatırladaq ki, o ərəfədə müğənninin restoranlarda 30 manata işlədiyi deyilirdi. Amma o, durumunun çox yaxşı olduğunu bildirir."Moskvaya təzə gedən vaxtlarda dostumun evnidə qalırdım. O zaman evdən çölə çıxmırdım, köhnə dostlarımla görüşmürdüm. Bu vəziyyət 3 aya yaxın davam etdi. Daha sonra özümə ev kirayələdim. İşləyirdim, qazancım yaxşı idi. Elə həmin evdə olarkən sənəd problemim çıxdı. İndi mənim 5 il Moskvaya gedə bilməmək problemim var" - deyə Samir Bağırov təəssüflə qeyd etdi. Onu təəssüfləndirən başqa bir məqam da var. Söhbət əsnasında öyrəndik ki, müğənni anası ilə uzun zamandır görüşmür. Bu ayrılıq 10 illik bir zamana bərabərdir. S.Bağırov anası ilə münasibətlərində soyuqluq olmadığını söyləsə də, onunla görüşməməyini konkret səbəblərə bağlamadı. Hətta müğənni iki ay əvvəl toyu olan bacısı qızını da təbrikdə gedə bilməyib. Müğənni bunu vaxt darlığı ilə əlaqələndirdi. Xədicə

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости