Azərbaycanda internet şəbəkəsi çökdü

Azərbaycanda internet şəbəkəsi çökdü
Политика 4647

Azərbaycanda qlobal internet problemi yaşanır.  

BAKU.WS-in məlumatına görə, ölkəni dünya internet şəbəkəsinə qoşan "DeltaTelekom” şirkətinin ötürücülərində problem yaranıb. İnternet paylayan yeganə şirkətin fəaliyyətində yaranan nöqsan Azərbaycanın dünyaya çıxışını demək olar ki, tam dayandırıb.

Bu məhdudiyyət saat 16:10-dan etibarən yaşanır. Mobil operatorlardan belə İnternetə girmək də çətinləşib.

Həmçinin bildirilir ki, problem "DeltaTelekom” şirkətinin provayderlərində yanğın səbəbindən yaşanır. 

Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, problem bütün ölkəni əhatə edir və bununla bağlı araşdırmalara başlanılıb. Nazirlikdən bildirilir ki, İnternetin kəsilməsi kiberhücumlarla əlaqəli deyil.

Nazirlikdən bildirdilər ki, provayderdə yanğın baş verməsilə bağlı məsələ araşdırılır.

ZİYA BABAYEV BAKU.WS

Похожие новости

Последние новости