Zeynəb Xanlarova: "Papanın 40-ı çoxdan çıxıb"

Zeynəb Xanlarova: Papanın 40-ı çoxdan çıxıb
Общество 1355

"Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili, SSRİ xalq artisti Zeynəb Xanlarova parlamentin bugünkü iclasında deyib: "Burada çox papa-papa deyirsiz. Amma mən hesab edirəm ki, papanın 40-ı çoxdan çıxıb”.

Millət vəkillərinin Roma Papasının ermənilərin xeyirinə etdiyi çıxışa etirazına münasibət bildirərkən Z. Xanlarova bildirib ki, ağlı başında olan adamlar həmin adamın sözlərinə inanmamalı və əhəmiyyət verməməlidir: 

"Mən Amerikadan təzə gəlmişəm. Oradakı sadə insanlara görüşüm olub.Nyu -York şəhərinin meri ilə də görüşdüm. O, Azərbaycan haqqında elə danışırdı ki, heç azərbaycanlı olan şəxs belə danışa bilməzdi. Deyirdi ki, Azərbaycan çox gözəlləşib, az qala ailəmlə bura köçmək istəyirəm. 1 ayın içində gedib-gəlirəm, başqa gözəlliklər görürəm”. 

Ayten Alekperova

BAKU.ws

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости