Yalan danışmağın ustad qaydaları
13
дек
2010
09:49
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
292079259_0.jpg|--> Biz niyə yalan danışırıq?Özüm də daxil olmaqla, elə bir adam tanımıram ki, yalan danışmasın. Deyəsən, deyəsən yox, lap elə hamıya aiddir - hamı yalan danışır. Kimi az, kimi çox, kiminin də nəfəsi yalanla gedib-gəlir. Özü də hər yerdə, evdə, işdə, küçədə, hətta yuxuda da yalan danışırıq. Səbəbli-səbəbsiz, məcburiyyət qarşısında, elə-belə, şakər kimi, özümüzün xeyirinə və tamahımızdan… yalan danışırıq. Bəzən zəhləmiz gedən biri ilə rastlaşanda, gözümüzün düşməni olan bir rütbəli, titulu, vəzifəli, nə bilim necə birisi ilə rastlaşanda sifətimizə «növbətçi» gülüş verib «salam», Allahından dönüb həmin adam «necəsən» soruşsa, o dəqiqə yalançı gülüşümüzü bütün sifətimizə yayıb, «çox sağ olun, lap yaxşıyam, bəs siz necəsiniz» deyəndə də yalan danışır, bəlkə də içimizdə heç bu adamın heç yaxşı olmamasını arzulayırıq. Amma ürəyimiz bir söz deyir, dilimiz tamam başqa. Salamlaşmaq bir yana, xudahafisləşəndə də yalan danışırıq: «Görüşərik, inşallah». Əslində isə daha çox görüşməmək arzumuz olur. Bəs niyə bu qədər yalan danışırıq, bizi yalana kim öyrədir?Yalan beşikdən başlayırƏslində elə beşiyin özü də yalandır. İndiki uşaqlar bəlkə də heç bu sözün mənasını da bilmirlər. İndi kolyaska, manej, lülka, korzina, nə bilim nələr dəbdədir. Amma elə o vaxt da, indii də boş əmzik, «pustışka» dəbdə olub. Uşaq ağlayan kimi boş əmziyi ağzına dürtməklə uşağı ilk yalana öyrədirik. Özü də bu uşaq bu yalana elə alışır ki, artıq yalansız kirimir, yata bilmir.Sonra körpə qığıldayır, dil açmaq istəyir. Burada da onunla adam kimi yox, ağız-dilimizi əyə-əyə uşağı aldatmağa, sözləri təhrif eləməyə başlayırıq. Sonra evdə, bağçada… aldadırıq və yalanı sümüyünə, iliyinə yeridirik. Bağçada yalan, məktəbdə yalan, həyatda yalan, deyəsən, bircə ölüm həqiqətə oxşayır. Vallah inanmıram, orada da yalan var. O qədər sağ adamın üstü heykəlli, çarhovuzlu, az qala kondisionerli qəbirlərini tanıyıram ki… Ata-anasının, baba-nənəsinin, tərbiyəçisinin, müəllimlərinin, məmurlarının, həkimlərinin, hakimlərinin… mollalarının yalan danışdığını görən şəxs şəxsiyyət ola bilərmi? Əlbəttə olsa, yalançı şəxs olar. Amma o qədər yalanın içində o da olur yalançı şəxsiyyət.Oğlan igid, qız qəşəng?Yalan əmib yalan yeyib, yalan deyib, yalan eşidib, yalanla böyüyən oğlan-qız kiminsə yalanı ilə tanış olur, yalanla sevib-sevilir (adamın Allahı var, burada ilk mərhələdə bəzən yalanın miqdarını bacardığı qədər azaldanlar da olur), nişanlanır, toy edirlər. Çoxunun qır-qızılı yalan, ən yaxşı halda əlborcu, prokata götürülmüş, bəzilərinin geyimi də kirayə olan xanımlar xına məclisində kimi daha çox yalan danışmaq, yalan etmək yarışına çıxırlar. Kişilər evdəki xeyir-şər dəftərlərini vərəqləyir (bir çoxlarının məktəbdən sonra vərəqlədiyi ilk çap məmulatı olur), ürəyində Məhərrəmliyin, may ayının tez gəlməsini arzulaya-arzulaya canından ayıracağına axırıncı dəfə baxıb gedir toya. Pah! Ay Allah mübarək eləsin, bu günü bütün ömrüm boyu gözləyirdim, qalan subaylarınızdan görək! (Yalansa öz üstünə, buna candərdi, borca-borc gəlmisən…). Kəbin yalandan kəsilir, şəlalə deyilən şeyə ən yaxşı halda iki butulka şampan, - ya da kişi müsəlmanlığını nümayiş etdirir, onun gəlini adam yanında içki içməyəcək- şərbət əndərirlər…Müğənni boğazını cıra-cıra «oğlan igid, qız qəşəng oxuyur». Axtarsan görərsən ki, oğlan ya xəstəlik sənədi düzəldib əsgərliyə getməyib, ya fəraridir, ya da axşam yanında işıqtutan olmasa ayaqyoluna tək getməkdən qorxur. Oğlan igid… Elə oğlan özü də bilir, qız da bilir, hamı da bilir ki, yalandır. Amma dingildəyə-dingildəyə oynayır, «igid» bəyin sifətinə ağzımızın seliyini də yaxırıq. Qız qəşəng… Vicdanı olsa gəlinin sifətini şpaklyovkalıyan, başına saç qoyan, makiyaj adı ilə az qala sifətdə tam yenidənqurma işləri aparan məşşatə gəlib bağırar ki, yalandı, qəşəng filan döyül! Amma pulunu alıb, o da yalançıdır axı…Kaş özüm qurbanın olaydım, ana!Yalanın, boğazdan yuxarının, populizmin ən yüksək nümunəsidir bu sözlər. Özünü qurban deyən oğulların, qızların anaları da qocalar evində olarmı? Kriminal xəbərlərin bəlkə də yarısını atasını, anasını bıçaqlayan, döyən, öldürən «oğullardır, qızlardır»… Nağıllarımızda, bizə öyüd verən dastanlarımızda, məsəllərimizdə bizi yalana, qəddarlığa, özünədüşmənçiliyə öyrədirlər. "Anası div aşnasını xilas eləmək üçün oğlunun ayaqları altına bir ovuc noxud atdı"; "Qardaşları Məlikməmmədin ipini kəsib onu qaranlıq dünyaya atdılar…" Buyurun, seçin, ayırd eləyin, hansı yalandır, hansı düz… Bu yarımbaşlıq altında bölümü elə burada saxlasam yaxşıdır, çox danışsam çox mətləblər qurdalanacaq…Yalanın mərhələləri və ya mərhələli yalanlarMəktəb oxumağımız bütün mərhələlərdə yalanla bağlıdır. Kim inanmaq istəsmirsə, elə özü də yalan dediyini bilir. İşə düzələndə yalansız keçinə bilmirik. Xasiyyətnamə yalan, kiminsə bizdə olmayan xüsusiyyətlərimizi işə götürənə söylədiyi yalan, diplomumuz yalan, qiymətlərimiz yalan, işdəki nizamnamə yalan, müdir də yalan, yalançı… Evlənməyi dedim. Nəvələrinə də yalan danışırlar. Elə nənə də, baba da, ata-ana da ki, sözsüz, yalansız yaşamaq olar? Yaşadığı müddətdə həkimə, hakimə işi düşürsə yalansız və yalançılarsız oradan qurtara biləirsə mənim üzümə min lənət! Vaxt yetişib dünyasını dəyişəndə yalanların növbəti mərhələsi başlayvr: Sağlığında kor Fatma, öləndə badam gözlü. Ay belə adam idi, belə xeyirxah idi, əl tutan idi, insaflı idi, əliaçıq idi müsəlman idi… Adam mat qalır ki, niyə qalanlar belə naqisdi, amma ölənə söz ola bilməzmiş. Molla özü də nə oxuduğunu bilmirsə burada həqiqətdən danışmaq olar? Kim qəbir yerinin pulsuz olduğuna inana bilər, kim mürdəşirin taksası olmadığını həqiqət sayar, kim mollanın zəhmətini saathesabı ödənnilmədiyinidən danışar?... Axırda da Allah rəhmət eləsin! Necə eləsin bu böyük Allah, necə rəhmət eləsin ki, özünün böyüklyüynə şübhə yaratmasın?.. Nəuzibillah, Addahı da yalana sövq eləmək istəyirik…P.S. Təcili yardım hamilə qadını doğum evinə aparır. Maşının və növbətçi həkimin pulunu verəndən sonra xəstəxanadakıların ilk sözləri bu olur ki, özü doğa bilməyəcək, qeysəriyyə əməliyyatı olmalıdır, qiyməti sizə hörmət elədiyimizdən 800 manatdır. Yalan karuseli davam edir...P.P.S. Şirin yalandansa acı həqiqət yaxşıdır deyənlər də yalan deyir? Axı sırf həqiqət çox vaxt sərf eləmir. Heç onu bilmək istəyənə də. Bəs onda?Oqtay Salamov
Похожие новости
В Азербайджане чиновников обяжут возвращать незаконно полученные льготы
В Азербайджане имущество, привилегии и льготы, полученные должностными лицами в результате конфликта интересов, предлагается обращать в доход государства. Как с...