Western Union Rusiyadan Azərbaycana yeni Tariflər Tatbiq edib
10
авг
2009
23:56
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Bu gün bank hesabı açmadan pul köçürmələri üzrə dünya liderlərindən biri olan Western Union şirkəti Azərbaycan da daxil olmaqla bütün MDB dövlətlərinə yeni tariflərlə pul köçürmələrini həyata keçirməyə başlayır. Bugünkü iqtisadi vəziyyətin fonunda yeni tariflər Western Union müştərilərinin ehtiyaclarını maksimal dərəcədə nəzərə alır. Yeni tariflərin tətbiqi ilə ən çox istifadə olunan pul köçürmələrinin məbləğ diapazonu da daha əlverişli olur. Western Union şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə regional vitse-prezidenti cənab Conatan Knaus bu haqda açıqlama verərkən bildirmişdir: “Son aylar ərzində biz dünya iqtisadiyyatındakı davamlı enmənin təsiri ilə yaxın xarici ölkələrə göndərilən orta məbləğin tədricən azalmasını müşahidə edirdik. Bunu Rusiyanın Mərkəzi Bankının 2009-cu ilin birinci kvartalında Rusiyadan MDB ölkələrinə orta məbləğli pul köçürmələrinin 418 dollara enməsini qeyd edən statistika da təsdiq edir. Bu rəqəm 2008-ci ilin analoji dövrü ilə müqayisədə 183 dollar azdır. Bu səbəbdən biz tariflərimizə yenidən baxmaq qərarına gəldik və yaxın xarici ölkələrə öz doğma və yaxınlarına pul göndərən müştərilərimizin bugünkü ehtiyaclarına cavab verən yeni tarif cədvəlini təqdim etməyimizə şadıq.”Əvvəllər Rusiya – Yaxın Xarici Ölkələr istiqamətində müxtəlif sayda köçürmə məbləği diapazonlu 3 tarif cədvəli mövcud idi. Yeni tarif cədvəli bütün yaxın xarici ölkələri əhatə edir və bütün istiqamətlərdə sadələşdirilmiş və vahid köçürmə məbləği diapazon strukturuna malikdir. Belə ki, məsələn, əvvəl mövcud olan Rusiya – Özbəkistan istiqamətindəki 12 məbləğ diapazonundan fərqli olaraq indi yeddi diapazon vardır. Bununla yanaşı köçürmə ödənişi də əvvəllər olduğu kimi bir dəfə tutulur, onu da pulu göndərən şəxs ödəyir. Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna daxil olmaqla Rusiyadan yaxın xaric ölkələrinə tariflər belədir:Yaxın xarici ölkələrəKöçürmə məbləği (Rusiya rublu ilə) Ödəmə (Rusiya rublu ilə ) 5,000.00 və ya ondan az 150.005,000.01 - 10,000.00 300.0010,000.01 - 15,000.00 450.0015,000.01 - 20,000.00 550.0020,000.01 - 25,000.00 600.0025,000.01 - 50,000.00 1000.0050,000.01 - 75,000.00 1500.00Yaxın xarici ölkələrəKöçürmə məbləği (ABŞ dolları ilə) Ödəmə ( ABŞ dolları ilə )200.00 və ya ondan az 6.00200.01 - 400.00 12.00400.01 - 600.00 18.00600.01 - 800.00 22.00800.01 - 1,000.00 24.001,000.01 - 2,000.00 40.002,000.01 - 3,000.00 60.00Cənab Conatan Knaus sonda qeyd etmişdir ki, “Western Union tərəfindən aparılan marketinq araşdırmalarının nəticəsinə görə, yaxın xarici ölkələr hələ də Rusiyanın pul köçürmələri bazarında ən çox istifadə olunan istiqamətlərdən biridir. Əminəm ki, yeni sadələşdirilmiş və rahat tarif cədvəli biznesin inkişafı üçün bu strateji mühüm regionda effektiv şəkildə rəqabət aparmağımıza imkan yaradacaq.”Western Union şirkəti haqda Western Union şirkəti (NYSE: WU) – pul köçürmələri üzrə xidmət bazarının liderlərindən biridir. Vigo və Orlandi Valuta ticarət markaları olan pul köçürmə sistemləri ilə birlikdə Western Union şirkəti istehlakçılara bütün dünya üzrə sürətli, təhlükəsiz və rahat pul köçürmək və almaq, habelə, ödənişlər etmək xidmətləri təklif edir. Western Union şirkətinin qlobal şəbəkəsinə dünyanın 200-dən artıq ölkə və ərazisində 375 min müştərilərə xidmət məntəqəsi daxildir. Teleqraf əlaqəsinin pioneri olan Western Union şirkətinin tarixi 1851-ci ildə başlamışdır.Maraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
В бакинской поликлинике рентгеновскую бумагу высушили с помощью электрической плитки
В поликлинике №38 рентгеновская бумага сушилась с помощью электрической "плитки" В расположенной в Баку поликлинике №38 рентгеновская бумага сушилась с помощью...