Toy axşamı - Munasibet
11
дек
2009
11:01
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| AZƏRBAYCANDA NECƏ EVLƏNƏK Kİ, BOŞANANDA PROBLEM OLMASIN?Evlənən cütlər arasında nikah müqaviləsi bağlanması Qərb ölkələrində çoxdan qəbul olunmuş və hər kəsin əməl etdiyi bir normadır. Azərbaycanda isə il ərzində cəmi 25-30 belə müqavilə bağlanır. Bu prosedurun bizdə də ənənə halına düşməsinə nə mane olur - milli mentalitet, hüquqi savadsızlıq, yoxsa sadəcə məlumatsızlıq? Orta statistik Azərbaycan vətəndaşı ailə institutu çərçivəsindəki hüquqlarını bilirmi; o, ər-arvad münasibətlərini tənzimləyən, ailə-məişət münaqişlərini sivil şəkildə çözməyə imkan yaradan nikah müqaviləsi təcrübəsindən xəbərdarmı?Aslan İsmayılov: �Şərti şumda kəsəcəklər ki, xırmanda yabalaşmasınlar�Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 38, 39 və 40-cı maddələrində nikah müqaviləsi, onun məzmunu, tərtib edilməsi, dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi halları geniş əks olunub. Üstəlik, bu hüquqdan istifadə qaydası da çox asandır - rəsmi nikah bağlamağa hazırlaşan, yaxud çoxdan evlənmiş cütlük istənilən notariat kontoruna gedərək müqavilə bağlaya bilərlər. Bunun üçün nəzərdə tutulmuş dövlət rüsumu isə vur-tut 5 manatdır.Onda nə üçün bu praktika Azərbaycanda populyar deyil?Hüquqşünas Aslan İsmayılov hesab edir ki, �bizdə nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımır, ona görə�. O hesab edir ki, bu müqavilənin bağlanması ölkəmiz üçün çox vacibdir: �Bu gün Azərbaycan məhkəmələrində olan işlərin yarısı ər-arvad arasındakı əmlak çəkişmələrindən ibarətdir. Nikah müqaviləsi məcburi hal alsa, bu çəkişmələr yarı-yarıya azalar. Guya belə müqavilə mentalitetimizə uyğun deyil fikri var. Bu fikri irəli sürənlər çox səhv edirlər. Azərbaycanda nikah müqaviləsi olanda bəlkə də Avropada bunun nə olduğunu bilmirdilər. Ötən əsrin 60-70-ci illərində kənd, qəsəbə sovetləri təzə evlənənlərə bugünkü nikah müqaviləsinə oxşar sənəd imzaladırdı .Son 15-20 ildə biz bundan uzaqlaşmışıq�.A.İsmayılov hesab edir ki, o təcrübəni bərpa etsək, boşanma halları da azalacaq: �Şərti şumda kəsəcəklər ki, xırmanda yabalaşmasınlar. Müqavilə bağlanan ərəfədə hər kəsin maraqları bəlli olacaq, mənafe güdənlər onu imzalamaqdan imtina edəcəklər, yəni elə evlənməmiş tanıdacaqlar özlərini. Ər-arvad davalarında əziyyət çəkən uşaqların da problemi həll olunacaq�.O, nikah müqaviləsinin bir gün mütləq məcburi hal alacağına ümid edir: A.İsmayılov deyir ki, nikah müqaviləsinin konkret forması yoxdur. Hazırda qüvvədə olan qanuna görə, ailə qurmağa hazırlaşan, ya da bir neçə il əvvəl ailə qurmuş cütlüklər öz aralarında belə bir müqavilə bağlaya bilərlər: �Müqavilə əmək qabiliyyətləri olan insanlar arasında bağlanmalı, imzalanma zamanı şəxsin iradəsi azad olmalı, bir tərəf digər tərəfin asılılığından istifadə etməməlidir. Müqavilədə o da mütləq vurğulanmalıdır ki, bir tərəf qarşı tərəfin hüquqlarını bilə-bilə məhdudlaşdıra bilməz. Digər şərtləri tərəflər özləri əlavə edə bilərlər�.Aynur Sofiyeva: �Belə müqavilə bizim dədə-baba qaydalarımızda var�Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva hesab edir ki, nikah müqaviləsi bağlanmamasının əsas səbəbi maarifləndirmənin aşağı səviyyədə olmasıdır: �Ailə Məcəlləsində bu, könüllü seçim olaraq göstərilir. Doğrudur, Azərbaycanda nikah müqaviləsi bağlamaq vacibdir, ancaq mən problemin məcburi həllinin tərəfdarı deyiləm. Məcburiyyət insan hüquqları baxımından da, mülki hüquq baxımından da düzgün deyil. Biz hesab edirik ki, dövlət orqanının nümayəndəsi nikah üçün ərizə verən şəxslərə müqavilə barədə bilgi verməli, onları məlumatlandırmalıdır, seçimi isə insanların öz öhdəsinə buraxmaq lazımdır. Aparılan monitorinqlər göstərir ki, bu gün gənclərin əksəriyyətinin nikah müqaviləsindən xəbərləri yoxdur. Bizdə il ərzində 35-40 ailə belə müqavilə bağlayır, bunların da çoxu xarici vətəndaşlardır.�.A.Sofiyeva �mentalitet� bəhanəsinin də əleyhinədir: �Belə müqavilə bizim dədə-baba qaydalarımızda var, o zamanlar bunu ağsaqqallar yerinə yetiriblər. Biz hüquqi dövlətdə yaşayırıq və bu məsələlər artıq sivil qaydada, sənədləşdirmə formasında həyata keçirilməlidir. Nikah müqavilənin bağlanması gənclərin gələcəyinin sığortalanmasıdır. Düzdür, ailə quranda ülvi hisslər daha qabarıq olur, belə şeylər gözə görünmür. Ona görə də burda ata-analar irəli durmalıdırlar�. Qonşu ölkələrin təcrübəsiTürkiyədə mal rejimi sözləşməsi və ya evlilik sözləşməsi adlanan nikah müqaviləsi Mədəni Qanunla tənzimlənir. Bu sənəd ər və arvadın evlənmədən əvvəl və ya evləndikdən sonra sahib olduqları və ya olacaqları malların mülkiyyət və idarəçiliyinin kimə aid olacağı, bu mallardan kimin necə istifadə edəcəyi, əmlak və onun gəlirlərindən ər və arvadın hansının, hansı miqdarda faydalanacağı, əmlakla bağlı problemlərin hansı ölçüdə kimə aid olacağı, evlilik bitərsə malların necə bölünəcəyi kimi məsələləri həll edir.Evlilik müqaviləsi ər və arvadın razılığı əsasında qanunla nizamlanan ailə hüququ anlaşması sayılır. Qanuna görə, mal rejimi müqaviləsi evlənmədən əvvəl və ya sonra imzalana bilər. Tərəflər istədikləri mal rejimini qanunda müəyyən edilmiş sərhədlər çərçivəsində seçə, ləğv edə və ya dəyişdirə bilərlər. Bu müqaviləni ancaq ayırd etmə gücünə sahib olan şəxslər imzalaya bilər.Mal rejimi müqaviləsi notarial qaydada hazırlanır və təsdiqlənir. Amma tərəflər evlənmək üçün müraciət etdikləri zaman hansı mal rejimini seçdiklərini yazılı olaraq da bildirə bilərlər. Mal rejimi müqaviləsini tərəflər özləri və lazım gələrsə, onların hüquqi təmsilçiləri imzalamalıdırlar. Müqavilənin ləğvi və dəyişdirilməsi də notarial qaydada olmalıdır. Evlilər nikahın istənilən mərhələsində sözləşmə imzalaya, imzalanan sözləşməni dəyişdirə və ya ləğv edə bilərlər.Evlilik müqaviləsi məcburi deyil. Tərəflər belə bir müqavilə imzalamaq istəmədikləri və ya imzalamadıqları halda qanuni rejim keçərli olur, imzalayanlar isə qanunla tənzimlənən 4 rejimdən birini seçirlər - qazanılmış mallarda iştirak, mal ayrılığı, paylaşmalı mal ayrılığı və mal ortaqlığı.Qazanılmış mallarda iştirak rejimi evləndikdən sonra qazanılan mallarla ər və arvadın şəxsi mallarını əhatə edir. Qazanılmış mallara ər və arvadın maaşları, sosial müdafiə qurumlarının ödəmələri - pensiya, müavinət, əmək qabiliyyətini itirmə səbəbilə ödənən təzminatlar, şəxsi malların gəlirləri (kirayə, faiz gəlirləri) daxildir.Şəxsi mallara isə ər və ya arvadın şəxsi əşyaları, evlilikdən əvvəl ər və ya arvada aid olan, yaxud tərəflərdən birinin sonradan miras yoluyla və ya hər hansı başqa şəkildə qarşılıqsız qazanc yoluyla əldə etdiyi əmlakın dəyəri, mənəvi təzminat ödəmələri və şəxsi malı əvəz edən dəyərlər aiddir.Evlilik müqaviləsinə görə, ər və arvad bir peşənin icrası və ya bir iş yerinin fəaliyyətindən əldə edilmiş gəlirin şəxsi gəlir sayılmasını qəbul edə bilərlər. Yəni əslində belə gəlirlər şəxsi deyil, ailənin qazanılmış gəliri hesab olunur. Amma ər və arvad evlilik müqaviləsi imzalayarkən, istəyərlərsə, həmin gəliri şəxsi gəlir kimi də qəbul edə bilərlər. Bu zaman, məsələn, ərin işlədiyi yerdən aldığı maaş ailə qazancı deyil, onun şəxsi gəliri sayılır və arvad onun üzərində haqq sahibi olmur.Eyni şəkildə ər və arvad evlənmədən əvvəlki və ya sonrakı şəxsi mallarının gəlirlərinin də ailə qazancına daxil olmayacağını müqavilədə razılaşdıra bilərlər. Qanuna görə, ər və arvad şəxsi və qazanılmış mallarını idarə etmə, ondan faydalanma haqqına sahibdirlər. Amma istəsələr, evlilik müqaviləsində bu haqq bölgüsünü də öz aralarında müəyyənləşdirə bilərlər. Yəni ər və ya arvad istəsə, öz haqqından imtina edə bilər.Mal ayrılığı rejimində ər və arvad öz əmlakı və gəliri üzərindəki haqlarını qoruyur. Yəni ər və arvad istəsə, evlilik müqaviləsində Mədəni Qanunun bu rejimini seçdiklərini göstərə bilərlər. Bu halda hər kəsin malı və gəliri özünə aid olur.Evlilik müqaviləsində paylaşmalı mal ayrılığı rejimi seçildiyi zaman yenə də ər və arvad öz əmlakı üzərində haqq sahibi olur. Amma onlar arasında kimə aid olduğu mübahisə doğuran və isbat oluna bilməyən mallar ikisinin paylı mülkiyyəti sayılır. Eyni zamanda, evlilikdən sonra ortaq hesab olunan gəlirlər ikisinə də aid olur. Ayrılma durumunda da həmin pay üzərində daha üstün faydası olduğunu isbat edən tərəf qarşılığını ödəmək şərti ilə həmin hissənin sahibi olur. Bundan başqa, evlilik müqaviləsində payların necə ayrılacağı da göstərilə bilər. Məsələn, ər və arvad ayrılacaqları halda istifadə etdikləri və ya ortaq olduqları evdən kimin istifadə edəcəyini müqavilədə göstərə bilərlər.Qanunda göstərilən sonuncu - mal ortaqlığı rejimi isə ortaq mallarla ər və arvadın şəxsi mallarını əhatə edir. Ümumi ortaqlığa ər və arvadın şəxsi mallarından başqa bütün malları və gəlirləri aid olur. Ər və arvad həmin mallara ikisi də sahib olur. Amma evlilər istəsələr, müqavilə ilə məhdud mal ortaqlığı rejimini də seçə bilərlər. Məsələn, evlilər mal rejimi müqaviləsində yalnız qazanılmış mallara ortaq olduqlarını göstərə bilərlər. Və ya istəsələr, şəxsi mallarının gəlirlərini də ortaqlığa aid edə bilərlər.Eyni zamanda ər və ya arvad istəsə, müəyyən qədər əmlakını və ya onun dəyərini, xüsusilə daşınmaz əmlakını, həyat yoldaşının qazancını ortaq mallara aid etməyə bilər - amma bu da müqavilədə göstərilməlidir.Bunlar Türkiyədə evlilik müqavilələrinin qanuni şərtləridir və daha çox mal və əmlak bölgüsünü müəyyən edir. Bununla yanaşı, bəzi hallarda evlənənlər öz aralarında qanuna aidiyyatı olmayan müqavilələr, protokollar da imzalayırlar. Bu halda notariusa ehtiyac duyulmur, bir neçə nəfərin şahidliyi kifayət edir. Amma belə müqavilələrin hüquqi qüvvəsi olmur.Mediaforum-un məlumatına görə, Rusiyada bağlanan nikah müqavilələrində isə daha çox bu şərtlər öz əksini tapır:- ərin, yoxsa arvadın qazancıyla əldə edilməsindən asılı olmayaraq nikah dövründə alınmış mülkiyyətin ortaq olması;- mülkiyyətin xüsusi növü mövcud olduğu halda nikah müqaviləsində onun üçün başqa rejimin tətbiq edilməsi;- nikaha qədər olan və ya nikah dövründə bağışlanan əmlakın ancaq məxsus olduğu şəxsə aid olması;- ərin və arvadın nikah anına qədər malik olduqları mülkiyyətin (ev, maşın, qaraj, mebel, zinət əşyaları, ) nikah müqaviləsində göstərilməsi;- nikah dövründə qazanılan bütün növ gəlirlərin ortaq mülkiyyət sayılması;- ortaq mülkiyyətdən qarşılıqlı razılaşma əsasında istifadə olunması;- ortaq mülkiyyət hüququnun nikah dövründə hər hansı maddi qazancı olmamış tərəfə də şamil edilməsi;- şəxsi əşyaların (paltar, ayaqqabı, zinət əşyaları və s.) onlardan istifadə edən şəxsin mülkiyyəti olması;- ayrılmış maddi yardımların, o cümlədən əmək qabiliyyətinin və sağlamlığın itirilməsi halında müəyyən edilmiş müavinətlərin bu vəsaiti alan şəxsə aid olması;- ortaq mülkiyyətin bütün növləri üzərində hər hansı ticari əməliyyatın hər iki tərəfin razılığı əsasında aparılması və bu razılığın notarial qaydada təsdiqlənməsi;- qarşılıqlı razılıq əsasında istənilən an nikah müqaviləsinə əlavə və dəyişikliklər edilməsi; - həm ortaq, həm də ortaq olmayan mülkiyyətin hər hansı zərərdən və məhvolmadan qorunması, həm ortaq, həm də digər gəlirlər hesabına mülkiyyətin bərpası;- qarşı tərəfin nikah müqaviləsində göstərilmiş hüquqlarının və qanuni maraqlarının həm nikah dövründə, həm də nikah pozulduqdan sonra qorunması;- ortaq mülkiyyətə təhlükə yarada biləcək, ailənin gəlirlərini azaldacaq riskli ticari əməliyyatlardan imtina edilməsi;- ərin (və ya arvadın) nikahaqədərki mülkiyyətindən arvadın (və ya ərin) da istifadə hüququ qazanması;- ərin (və ya arvadın) nikahaqədərki mülkiyyətindən öz istədiyi şəkildə istifadə etməsi, ancaq bu mülkiyyətdən gələn gəlirlərin ortaq hesab olunması;- həm ər, həm də arvadın bağlanmış nikah müqaviləsi haqqında öz kreditorlarını məlumatlandırması; - nikahın pozulması halında nikahaqədərki mülkiyyətlərin bölünməməsi, ortaq mülkiyyətin isə bərabər bölünməsi;- ər və ya arvadın kreditorlar qarşısında götürdüyü öhdəliklərin onların hər ikisinə aid olması, ancaq ər və ya arvadın razılığı olmadan bağlanmış müqavilələrə görə ər və ya arvadın məsuliyyət daşımaması;- yetkinlik yaşına çatmamış uşaqlarının vurduğu zərərə görə məsuliyyətin mülki qanunvericiliklə müəyyənləşdirilməsi;- nikah müqaviləsi şərtlərini yerinə yetirməkdən birtərəfli imtinanın qeyri-mümkünlüyü;- nikahın qüvvədə olduğu zaman kəsiyində nikah müqaviləsiylə bağlı hər hansı mübahisəli məsələnin məhkəmə yoluyla həll edilməsi;- nikahın pozulduğu gün nikah müqaviləsinin də qüvvədən düşməsi.toylar.biz |
Похожие новости
На некоторых дорогах Баку будет ограничено движение транспорта - Фото
В связи с ремонтными и реконструкционными работами на отдельных участках дорог в двух районах Баку временно ограничат движение транспорта. Об этом сообщили в Го...