Telman İsmayılovun oteli Türkiyənin ən uğurlu mehmanxanası sayıldı

Telman İsmayılovun oteli Türkiyənin ən uğurlu mehmanxanası sayıldı
Общество 11266
“Mardan Palace” oteli “Ən uğurlu beşulduzlu otel” nominasiyasında qalib gəldi Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Antalyada 1,45 milyard dollara tikdirdiyi “Mardan Palace” oteli Türkiyədə 2010-cu ilin ən uğurlu investisiya layihəsi müsabiqəsinin laureatı olub. BaKu.Ws-ın “tourexpi.com” portalına istinadən verdiyi məlumata görə, “Eurobank Tekfen” və “Economist və Capital” jurnallarının təşkil etdiyi müsabiqədə “Mardan Palace” “Ən uğurlu beşulduzlu otel” nominasiyasında qalib gəlib. Xatırladaq ki, 2009-cu ilim mayında açılan otel Telman İsmayılovun atası Mərdan İsmayılovun şərəfinə adlandırılıb. Oteldə ümumi sahəsi 16 min kvadrat metr sahəsi olan hovuz, SPA mərkəz, xeyli bar və restoran var.Mehmanxananın açılışında 600-dən çox qonaq iştirak edib. Onların arasında Moskva meri Yuri Lujkov və həyat yoldaşı Yelena Baturina, rusiyalı müğənni İosif Kobzon, aktyor Riçard Qir, aktrisalar Şaron Stoun, Monika Beluççi və Paris Hilton olub.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости