Telman İsmayılov Türkiyənin Antalyaspor futbol klubunu alır
07
июн
2009
01:35
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Bu yaxınlarda Anlalayada «Mardan Palace» otelini açan azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılovun şəhərin komandasını almaq istəməsi barədə informasiya yayılıb.«Antalyasporu» hazırki prezidenti Hasan Akıncıoğlu bu barədə şərh verib.«Bu günə qədər hələlik heç bir müraciət olmayıb.Lakin İsmayılovdan bir istək gəlsə, klubun xeyrinə ola biləcək qərarı qəbul edə bilərik. Düzdür, tam satın alınmaq məsələsi olmasa da, hər bir işbirliyinə hazırıq».Xatırladaq ki, azərbaycan yəhudilərindən sayılan Telman İsmayılov üç il ərzində Antalyada hətta ərəb şeyxləri saraylarını arxada qoyan otel-kombinat inşa edib. Mayın 23-də atasının 100 illiyi münasibəti ilə «Günəş şəhərinin» açılışı dünyanın son beş ildə ən təmtəraqlı mərasimi hesab edilir. Belə ki, Rişard Gir, Meraya Keri, Şeron Stoun, Monika Belluççi, Peris Hilton kimi Hollivud və estrada ulduzlarının çıxış etdiyi gecəni dünyada tayı-bərabəri olmayan atəşfəşanlıq bəzəyib.Telman İsmayılovu Forbs jurnalı öz milyarderlər siyahısında «ən kişi xasiyyətli» kişi kimi qələmə verir – old school guy, yəni tərcümədə «indi belələri olmur». O qızıl «Falkonunda» uçur. Onun təşkil etdiyi gecələrdə dünyanın ən məşhurları oxuyur. Onun uşaqları «Otel de Parinin» önündə ən əzəmətli «Rolls-Roysları» ilə fərqlənir. Onun sevdiyi ulduzlar 8 mart bayramında hərəsi bir «Kayyen» bəxşiş alır. O hər səhər xanımına daş-qaş göndərir. Rusiya mətbuatı xəbər verir ki, Telman barədə əfsanələr qoşurlar, özü də bunların, demək olar, hamısı – tam düzdür.«Mərdan Palas» artıq Aralıq dənizinin ən böyük sarayıdır. Bu Qrand-Opera, Lafayyet qalereyası, Ermitaj, Yelisey sarayının bir hibrididir, lakin onlardan yüzqat təmtəraqlı şəkildə. Mərtəbələrboyu sürahilərin qızıllaşdırılması üçün yük maşınları ilə zər qızıl gətirilib, ballüstradaların minlərlə dirəyi təmiz büllurdan hazırlanıb.Açılış mərasimində Telman İsmayılov atası barəbə danışarkən onun güclü və sakit adam olduğunu və 13 uşaq böyüdüb ərsəyə gətirdiyini deyib. Maraqlıdır ki, qərb ulduzları ilə yanaşı Moskva meri Yuri Lujkov başda olmaqla mərasimdə Rusiya ulduzları da iştirak edib.Təmtəraqlı açılışdan sonra əvvəlcə müğənnilər Sil və Tom Cons oxuyublar. Onlardan sonra isə Şeron Stoun səhnəyə çıxıb və tərif yağdırmağa başlayıb. Riçard Gir isə İsmayılova «Mən ailəmi sənin ailəmlə bir tuturam» deyib.Rusiya müğənnisi Filip Kirkorov isə Monika Belluççiyə elə məftun olub ki, ona 100 min dollarlıq brilyant üzük bağışlayıb. Hərçənd, özü çəkindiyi üçün bəxşişi aparıcı Andrey Malaxov təqdim edib.Bu hadisə artıq səhərisi tezdən baş verib. Demə, xanım Belluççinin özünə villa ayrılıb. Malaxov üzüyü təqdim edəndə o, «Biz heç bir-iki kəlmə də kəsdədik» deyə dillənib. Malaxov isə onu inandırıb ki, baxışlar dili hamısından betərdir. Ulduz bununla razılaşaraq, üzüyü qəbul edib.Səhər yeməyi zamanı isə yenidən alqışlar səslənib – çapar Telman İsmayılovun xanımı Samirəyə həyat yoldaşından hədiyyə gətirib – içində böyük brilyant fil olan mücrü.Xatırladaq ki, «AST» şirkətlər qrupunun rəhbəri olan Telman İsmayılov, Moskva şəhərində dünyanın ən böyük bazarı sayılan «Çerkiz bazarının» yaradıcılarındandır. Elə Rusiyada yaşayan azərbaycanlıların çox hissəsi bu bazarda ticarətlə məşğul olur.Maraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...