Telman İsmayılov Bakıda toy çaldıracaq
30
сен
2009
10:07
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Mərasimdə yerli və əcnəbi ulduz müğənnilərin də çıxış edəcəyi gözlənilirHazırda Türkiyədə yaşayan, həmin ölkənin Antalya şəhərində “Mardan Palace” otelini inşa etdirmiş azərbaycanlı milyarder Telman İsmayılov Bakıdakı məşhur “Buta” sarayında qohumlarından birinə toy edəcək. Bu barədə Lent.az-a “Buta” sarayındakı mənbə məlumat verib. Toy oktyabrın 16-da olacaq.“İsmayılovun təşkil etdirəcəyi mərasim oğlan toyudur. Mərasim ya Telman müəllimin qardaşının, ya da bacısının oğlu üçün keçirilir. Ancaq bütün məsrəfləri Telman İsmayılovun öz üzərinə götürdüyü dəqiqdir” – deyə, mənbə bildirib.Toyda Azərbaycandan və xarici ölkələrdən qonaqlar iştirak edəcək. Mərasimdə yerli və əcnəbi ulduz müğənnilərin də çıxış edəcəyi gözlənilir. İsmayılov Moskvada keçirdiyi ad günü və Antalya şəhərində “Mardan Palace” otelinin açılış mərasiminə dünyanın ən tanınmış ulduzlarını gətirmişdi.Xatırladaq ki, “Buta” sarayında Azərbaycanın baş nazirinin sabiq birinci müavini, Azərbaycan Güləş Federasiyasının fəxri prezidenti Abbas Abbasov da oğlu Vüsal Abbasova toy edəcək. Həmin toy mərasimi oktyabrın 3-də olacaq.Pərvin ABBASOV |
Похожие новости
Обновлен международный санкционный список Азербайджана
В международный санкционный список Азербайджана внесены изменения. Как сообщает Служба финансового мониторинга, обновленные списки опубликованы на официальном с...