Telefon danışıqları hər an dinlənilə bilər
05
янв
2010
10:11
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| GSM standartının şifrlənmə sisteminin sındırılması üsulu da yaradılıbDünən Almaniyanın kompüter mühəndisi Kerstin Nol dünyanın ən tanınmış mobil rabitə standartı olan GSM-in şifrlənmə sisteminin sındırılması üçün proqram kodu yaratdığını bildirib.Lent.az-ın “cybersecurity” saytına istinadən verdiyi məlumata görə, mühəndis deyib ki, GSM şəbəkələrində danışıqların şifrlənmə sistemində əsaslı zəif nöqtələr mövcuddur və onun yaratdığı kod bu nöqtələri istifadə etmək imkanına malikdir.Kerstin Nol qeyd edib ki, onun məqsədi bu kodu insanlara digərlərinin telefon danışıqlarını qulaq asmaq imkanı təqdim etmək üçün deyil, telekommunikasiya şirkətlərinə əhəmiyyətli çatışmazlıqların olması barədə xəbər verməkdir ki, onlar GSM standartındakı həmin zəif nöqtələri aradan qaldıra bilsin. Qeyd edək ki, bu gün, GSM rəsmi olaraq qeyri-qanuni qulaq asma hallarından tam müdafiə olunmuş bir standart hesab olunur. Rəsmi məlumatlara əsasən, GSM kanalında hər hansı bir danışığı izləmək üçün tərəflərin birinin, yəni operator və ya abunəçinin razılığı olmalıdır. Lakin sözügedən texnologiyanın istifadəyə verildiyi 21 il ərzində GSM standartının şifrlənmə alqoritmlərini həll etmək imkanlarının olması barədə təsdiq olunmamış söz-söhbət gəzir. Standartın sındırılmasını mümkün edən alqoritmin tərtibatçısı bildirir ki, onun yaratdığı texnologiya 1988-ci ildən bu günə kimi sistemin şifrlərini ötüb keçə bilən və dünya üzrə mobil rabitə istifadəçilərinin 80 faizinin şəxsi danışıqlarına təhlükə yaradan ilk koddur.Bununla yanaşı, yeni kodu artıq nəzərdən keçirən GSM Assosiasiyasında qeyd edirlər ki, Kerstin Nolun işləməsi qeyri-qanunidir və onun təhlükə dərəcəsi xeyli şişirdilib. Assosiasiyanın nümayəndəsi Kler Krenton hesab edir ki, GSM-i sındırmaq nəzəri cəhətdən mümkündür, lakin təcrübədə bu həyata keçirilə bilməz bildirib. Ekspertlər hesab edir ki, Kerstin Nol tərəfindən ərsəyə gətirilmiş kod tam təkmilləşdirilə və müasir çoxnüvəli prosessor sistemindən istifadəyə veriləcəyi halda tamamilə effektiv ola bilər. Məsələn, mobil və telekommunikasiya tədqiqatları ilə məşğul olan “ABI Research” şirkətinin nümayəndələrinin fikrincə, bu sahədə fəaliyyət göstərən bütün tərəflər sözügedən işləməyə ciddi yanaşmalıdırlar ki, təxminən yarım ildən sonra proqramın daha təkmilləşdirilmiş versiyası işıq üzü görə bilər. “ABI Research”də qeyd edirlər ki, Kerstin Nolun kodunun internetdə açıq çıxışda yerləşdirildiyini nəzərə alınsa, onun inkişafı daha tez baş verə bilər. |
Похожие новости
Начальник Бакинского городского управления статистики освобожден от должности
Начальник Бакинского городского управления статистики Государственного комитета по статистике Хосров Адиль оглу Абдуррахманов освобожден от занимаемой должности...