Taksimdə Xocalı faciəsinin anma mərasimindən kommersiya maraqları üçün istifadə edənlər tapılıb
Узнавайте о новостях первыми
Xocalı faciəsinin qarşıdan gələn ildönümünün qeyd olunması heç kimi biganə qoya bilməz.Çoxsaylı tədbirlər, aksiyalar anonsları fonunda, təəssüf ki, bu hadisənin özündən də kommersiya üçün reklam üsullarına əl atan insanlar da tapılıb.Bir neçə BaKu.Ws və Gün.Az oxucusu insanları aldatmağa yönələn reklamla rastlaşdıqlarını dilə gətirərək redaksiyamıza müraciət ediblər.Onların dediklərinə görə, “Facebook” sosial şəbəkəsində fevralın 26-ı İstanbulun Taksim meydanında iştirak üçün Türkiyəyə gedənlərə 100% endirim elanını oxuyub, göstərilən (051) 998-02-10 telefon nömrəsinə zəng vurduqdan sonra bunun şirkətin reklam üsulu olduğunu başa düşüblər.Oxucuların dediyinə görə, göstərilən nömrəyə zəng vurduqda məlum olub ki, telefona cavab verən Xəyal adlı şəxs “Aleks Travel” şirkətini təmsil edir. Onun dediyinə görə, hələlik şirkət rəsmi olaraq qeydiyyatdan keçməsə də, Bakıda fəaliyyət göstərən bir çox turizm şirkətləri ilə əlaqələri var və endirimləri onların vasitəsilə edirlər. Amma məlum olub ki, endirimin 100% olması barədə məlumat həddən artıq şişirdilib və adıçəklilən aksiya üçün Türkiyəyə səfərə gedənlərə cəmi 5-10% endirim təklif olunur.Oxucular qeyd ediblər ki, endirim rəqəmlərində fərq səbəbini soruşduqda həmin şirkətin nümayəndəsi tərəfindən bunun bir aksiya olduğunu və həmin gün Taksimdə planlaşdırılan tədbirdən bir növ özlərinə reklam kimi də istifadə etdiyini etiraf edib. “Göstərilən telefon nömrəsinə cavab verən şəxs bildirdi ki, misal üçün 500 manata başa gələn bir şeyi onlar 450-400 manata təklif edirlər. O dedi ki, onlardan başqa heç bir şirkət endirim etmir. Xəyalın dediyinə görə, turist şirkətinə istənilən şəxs gedib müraciət etsə endirimə nail ola bilməyəcək, yalnız onların şirkətinin və ya onun adını çəkəndən sonra endirim ola bilər”.Bununla belə, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Gün.Az-a bəyan edib ki, “Aleks-Travel” adlı şirkət Azərbaycanda qeydiyyatdan keçməyib və bu elan fırıldaqçılıqdır.“Mən ümumiyyətlə istəmirəm ki, kim isə Xocalı faciəsindən özünün kommersiya maraqları üçün istifadə etsin”.BaKu.Ws & Gün.Az
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...