Türkiyənin “Eurovision-2012” təmsilçisi bəlli oldu
Узнавайте о новостях первыми
“TRT” Bakıya o qədər də tanınmayan müğənni Can Bonomonu göndərmək qərarına gəlib.Bu il Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək sənətçinin adı məlum olub. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin ictimai televiziyası olan “TRT” Bakıya o qədər də tanınmayan müğənni Can Bonomonu göndərmək qərarına gəlib. Yarışmada oxumaq üçün Can Bonomo üçün yeni mahnı hazırlanacaq. 8 yaşından musiqi ilə məşğul olan Bonomo uzun müddət radiolarda işləyib, bir çox reklamda çəkilib. Onun “Meczup” adlı ilk musiqi albomu ötən il buraxılıb. Qeyd edək ki, Türkiyə mediasında Atiye, Kıraç, Hande Yener, Sıla kimi tanınmış müğənnilərin “Eurovision - 2012”-yə gedə biləcəyi ilə bağlı xeyli məlumatlar yayılmışdı.
Похожие новости
В известном парке Баку осушили искусственное озеро - названа причина
В парке "Гянджлик", расположенном в Хатаинском районе Баку, начинается масштабная реконструкция. Водоём на территории парка был полностью осушён - после заверше...