Sumqayıtda ailə faciəsi baş verib

Sumqayıtda ailə faciəsi baş verib
Общество 26562
262341655_range-rover.jpg|--> 31.12.2009 tarixində saat 21.00 radələrində Azərbaycanın Sumqayıt şəhərində ailə faciəsi baş verib.Sumqayıt şəhəri, 17-ci mikrorayonda qara rəngli, hələ dövlət nömrə nişanı müəyyənləşməmiş “Range Rover” sürətlə hərəkət edərək, dayanacaqda dayanmış bir ailəni vurub.Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 34, mənzil 17 ünvanında yaşayan, əslən Cəbrayıl rayonundan məcburi köçkün olan ailənin 3 üzvü qəzaya uğrayıb. Məlumata görə, “Range Rover” İfadət adlı ailə baçısını, onun xanımın və Günel adlı qızını vuraraq, bir neçə metr önündə sürükləyib. 13-14 yaşlarında olan Günel hadisə yerindəcə ölüb. Hadisə yerinə onun çantası, gəlinciyi və digər əşyaları dağılıb. Polisin məlumatına görə, hadisə nəticəsində yalnız ata və qızı vurulub.Hadisə yerinə toplaşanlar atanı xəstəxanaya çatdırıblar. “Range Rover”in sürücüsü hadisə yerindən qaçıb. Hadisə yerində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları işləyirlər. Onlar “Range Rover”in sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar.Deyilənə görə, sürücü Corat qəsəbəsindəndir.lent.az Maraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости