İsmayıllıda əhali üsyana qalxdı [video]
Узнавайте о новостях первыми
İsmayıllı. Elvin Yaqubov-APA. İsmayıllı şəhərindəki "Çıraq” otelinin qarşısında 2 minə yaxın insanın iştirakı ilə etiraz aksiyası keçirilir. Məlumata görə, aksiya yanvarın 23-də gecə saat 22:30 radələrində başlayıb və hal-hazırda davam edir. Etirazçılar otelin sahibinin və onun övladlarının İsmayıllı əhalisinə qarşı təhqiramiz ifadələr işlətməsini əsas tutaraq aksiya keçirirlər. Onlar polisin müqavimətinə baxmayaraq otelə daxil olublar. Otaqları dağıdan etirazçılar oteli yandırıblar. Hazırda iki mərtəbəli oteldə güclü yanğın davam edir. Vətəndaşlar obyektin sahibinə məxsus "Hummer” və iki ədəd "Chevrolet” markalı minik maşınları da yandırıblar. Əraziyə İsmayıllı və ətraf rayonlardan polis əməkdaşları cəlb edilib. FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilsə də, etirazçılar onları otelə yaxın buraxmırlar və yanğının söndürülməsi hələ ki, mümkün deyil. -----------------
[media=
]Çərşənbə, 23 Yanvar 2013 23:45 Qəzəblənmiş insanlar rayondakı moteli və dörd avtomobil yandırdı. Motelin nazirlərdən birinə, yanan "Hummer"in isə onun oğluna məxsus olduğu bildirilir. İsmayıllıda dünən axşam saatlarında əhali üsyan edib. Bu barədə "Azadlıq"a daxil olan məlumatda bildirilir ki, qəzəblənmiş rayon sakinləri "Çıraq" adlı motelə hücum edərək, əvvəlcə binanın şüşələrini, qapı-pəncərələrini sındırıblar. Binanı yandırmağa cəhd göstərsələr də, polislər buna imkan verməyib. Lakin az sonra etirazçılar motelin qarşısındakı "Hummer" markalı maşına od vurublar. Ardınca daha üç avtomobil yandırılıb. Bununla da sakitləşməyən etirazçılar yenidən motelə hücum edərək, bu dəfə binaya od vurublar. İnsanların belə qəzəblənməsi adıçəkilən obyektin İsmayıllıda əxlaqsızlıq yuvası kimi tanınmasıyla bağlıdır. Əhali "Çıraq"da baş verən əxlaqsızlıqlara son qoyulması üçün dəfələrlə xəbərdarlıq etsə də, onların etirazlarına əhəmiyyət verilməyib. İsmayıllı sakinlərinin haqqında orada səslənən xoşagəlməz fikirlər adamların qulağına çatanda isə əhalinin "səbr kasası" daşıb və onlar "Çıraq"a hücum ediblər.
İsmayıllıda yayılan məlumata görə, sözügedən motel nazirlərdən birinə məxsusdur. Elə yandırılan "Hummer"in də həmin nazirin oğluna məxsus olduğu bildirilir.
PS: Foto və ya Video varsa bizə göndərin : super@baku.ws
İsmayıllıya bakıdan polis qüvvəsi göndərildi!
Похожие новости
В бакинской поликлинике рентгеновскую бумагу высушили с помощью электрической плитки
В поликлинике №38 рентгеновская бумага сушилась с помощью электрической "плитки" В расположенной в Баку поликлинике №38 рентгеновская бумага сушилась с помощью...