Sevgilisinin üstündən maşınla keçərək qətlə yetirən şəxsə hökm oxundu
15
дек
2011
15:50
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Şəki Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Qəbələ rayon sakini 23 yaşlı Qaspari Artur Armoyeviçin məhkəməsi başa çatıb.Qaspari Artur Armoyeviç 2010-cu ilin əvvəllərindən başlayaraq, həmkəndlisi, Qəbələ rayonu Nic qəsəbə 1 saylı orta məktəbin 11-ci sinfində oxuyan, 18 yaşlı Drazari Milana Alikovnaya sevgisini, istəyini və onunla evlənmək istədiyini bildirsə də, qız tərəfindən rədd cavabı alıb.Qaspari növbəti dəfə sevgi etirafı edib, “yox” cavabını eşidəndə, Milananı təhqir edib. Bundan sonra, Milananın ailəsi polisə şikayət edib.Şikayət ərizəsi əsasında Qəbələ rayon polis şöbəsində toplanmış material üzrə rayon məhkəməsinin 09.12.2010-cu il tarixli qərarına əsasən, Artur Qaspari İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati həbs tədbiri seçilib. Qısa zamandan sonra sərbəst buraxılan Artur Milana Drazarini təqib etməkdə davam edib.İstəyinə nail olmayan Qaspari qızı qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə 27.12.2010-cu il tarixdə saat 12.00 radələrində taksi kimi istifadə etdiyi, özünə məxsus “VAZ-21074” markalı, 10 GM 508 dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbə ərazisindəki 5 saylı orta məktəbə gedən küçə ilə hərəkətdə olarkən, qəsəbənin “Cır” məhəlləsinə dönən küçənin ehtiyat hissəsində Milana Drazarinin həmkəndlisi Vova Dəmirçari ilə əl-ələ tutaraq getdiyini görüb.Sevdiyi qızın əlini başqasında görən Artur avtomobili surətlə birbaşa Milana Drazari və Vova Dəmirçarinin üzərinə sürərək onların hər ikisini vurub, zərbənin təsirindən Vova Dəmirçari yolun kənarına, Milana Drazari isə avtomobilin altına düşsə də, o avtomobilin hərəkətini dayandırmayaraq, sonuncunu 7 metr məsafədə avtomobilin altında sürüyüb. Nəticədə Milana Drazariyə hadisə yerində dünyasını dəyişıb, Vova Dəmirçarinin həyatını isə həkimlər xilas edə bilib.Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinən Qaspari Artur Armoyeviçin 15 il müddətinə azadlıqdan məhrum edilib.İntiqam OrucovGün.Az
Похожие новости
Обнародован прогноз погоды на завтра
30 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков. Об этом сообщает BAKU.WS со ссы...