Samir Əliyev: "Səfurə muğam və ya xalq mahnısı oxusaydı, ona uzun tuman geyindirərdim"

Samir Əliyev: Səfurə muğam və ya xalq mahnısı oxusaydı, ona uzun tuman geyindirərdim
Общество 5210
Samir Əliyev: "Səfurə muğam və ya xalq mahnısı oxusaydı, ona uzun tuman geyindirərdim""Buta Palace"da baş tutan "Eurovision-2010" milli final seçimində finalçıların səhnə geyimləri ictimaiyyətin narazılığına səbəb olub. Finalçıların yarıçılpaq geyimləri, ifa etdikləri mahnılar qədər avropasayağı olması bu narazılığı daha artırıb. "Eurovision-2010" müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ qazanan Səfurə Əlizadənin səhnə kostyumu digərlərinə nisbətən daha açıq-saçıq idi. Qeyd edək ki, bütün iştirakçıların, habelə xanım aparıcının səhnə geyimini dizayner-modelyer Elnarə Bəkirə hazırlayıb. Səfurə Əlizadənin vizajı və səhnə görkəmi isə stilist Samir Əliyevə məxsusdur. Stilist Samir Əliyev Səfurənin səhnə geyimi ilə bağlı iradlara belə reaksiya verib: "Mən mahnılara qulaq asdıqdan sonra ifaya uyğun imic fikirləşmişəm. Səfurə muğam və ya xalq mahnısı oxusaydı, ona uzun tuman geyindirərdim", - deyə stilist əsəbi halda cavab verib.Məryəm Şabanova və "Milk&Kisses" qrupunun imici ilə isə stilist Anar məşğul olub.Qeyd edək ki, "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə münsiflərin müsbət rəyini qazanaraq mayın 27-də keçiriləcək 55-ci "Eurovision" mahnı müsabiqəsinin II yarımfinalında Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости