Sənətçilərimizin heyvan sevgisi - FOTOSESSİYA

Sənətçilərimizin heyvan sevgisi - FOTOSESSİYA
Общество 6544
Sənətçilərin çoxu “övlad” adlandırdıqları ev heyvanlarına o qədər bağlıdırlar ki... Sirr deyil ki, Azərbaycan sənətçilərinin yaradıcılığı şəxsi həyatı qədər populyar deyil.Şəxsi həyat deyəndə isə, ilk növbədə, həmin sənət adamının şəxsi münasibətləri, evi, maşını, dəbdəbəli həyatı yada düşür. Amma sənətçilərimizin bir çoxu toy və el şənliklərindən qazandıqları pulları həm də “ailələrinin bir üzvü” adlandırdıqları heyvanlarına xərcləyirlər.Milli.Az xəbər portalının məlumatına görə, bu sənətçilər sırasında əvəzolunmaz tenor, xalq artisti Müslüm Maqomayev, xalq artistləri Flora Kərimova, Aygün Kazımova, əməkdar artistlər Səməd Səmədov, Ədalət Şükürov, İlqar Muradov, müğənnilərdən Röya, Elnur, Nadir Qafarzadə, Günel Ələkbərova, “Eurovision” ulduzlarından Elnur Hüseynov, Aysel Teymurzadə, Safura Əlizadə, Ülviyyə Rəhimova, o cümlədən sənətə yeni addımlar atan gənc müğənnilər də var.Sənətçilərin çoxu “övlad” adlandırdıqları ev heyvanlarına o qədər bağlıdırlar ki, hətta bununla bağlı müəyyən inancları da yaranıb.Məsələn, tenor Müslüm Maqomayev “Çarlik” adlı sevimli itinin naxoşlaması səbəbindən Moskvadakı çıxışlarından birini təxirə salıbmış.Aygün Kazımovanın “Prinsessa” adlı iti bir zamanlar verilişlərdə xalq artisti ilə birgə görünürdü. “Prinsessa”nın qarderobu isə uzun müddət müzakirə mövzusu olmuşdu.Əməkdar artist Ədalət Şükürovun zövq aldığı əyləncələrdən biri, evə gələrkən, sevimli iti ilə vaxt keçirməsidir.Müğənni Elnurun “Belıy” adlı ağ avçarkasına olan diqqətini isə sosial şəbəkələrdə yerləşdirdiyi fotoşəkillərdə də görmək mümkündür. “Belıy” adlı itin xüsusi yatağı və istirahət guşəsi var.“Eurovision 2009” mahnı müsabiqəsinin ulduzu Safura Əlizadə də heyvanlara xüsusi qayğı ilə yanaşan ifaçılardandır. Müğənni həm müsabiqədən əvvəl, həm də sonra bir çox tədbirlərə iti ilə birgə gedir. Safura Əlizadə “Prinsessa”nın ona uğur gətirdiyinə inanır.Milli.Az xəbər portalı sənətçilərimizin sevimli ev heyvanları ilə olan fotoşəkillərini sizə təqdim edir.LeylaMilli.Az

Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

172 Общество 22:55 28 октября 2026

Последние новости