Robert Pattinson Bakıda olub

Robert Pattinson Bakıda olub
Общество 5359
271709250_3189543707_2e267afe90.jpg|--> Tanınmış Hollivud ulduzu Robert Pattinson Azərbaycana gəlib. APA-nın məlumatına görə, bir neçə gün Bakıda olan Robert Pattinson paytaxtımızı gəzib. Eləcə də aktyor Bakıda fəaliyyət göstərən tanınmış geyim markalardan biri “Etro” mağazasında da olub. Robert Pattinsonun ölkəmizə səfərinin Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin “Drip Drop” mahnısının klipində çəkilməsi məqsədi daşıdığı da istisna olunmur. Belə ki, S. Əlizadə bu müsabiqədə təmsilçilik hüququ qazandıqdan sonra dəfələrlə müsahibəsində bu aktyoru çox sevdiyini və onunla birgə duet oxumaq arzusunda olduğunu bildirib. Nəzərə alsaq ki, Səfurə Əlizadənin müsabiqəyə hazırlığını məşhur simalar həyata keçirir, o zaman Robert Pattinsonun da Azərbaycanın “Eurovision-2010” müsabiqəsinin klipində çəkilməsi istisna olunmur. Robert Pattinsonun əvvəl Azərbaycanda əməkdaşlıqla bağlı görüşlərinin keçirildiyi və daha sonra klipin çəkilişi üçün Kiyevə getdiyi bildirilib.Səfurə Əlizadənin klipinin çəkilişləri artıq başa çatıb. Təmsilçimizin klip çəkilişlərini Rupert Ueynrayt həyata keçirib. Müğənninin səhnə obrazı üzərində tanınmış Tanya Jill, rəqsləri üzərində isə Beyonsla işləyən Jaguel Naytdır. Klipin süjet xətti barədə hələ məlumat verilməsə də, klipin bir qisminin su altında çəkildiyi bildirilib. Klipin təqdimatı isə aprelin 28-də baş tutacaq.Qeyd edək ki, Robert Pattinson Strasburq Beynəlxalq Film festivalı -2008 mükafatının ən yaxşı aktyoru, 2010-cu ildə ABŞ-da “Xalqın seçimi” mükafatını qazanıb, “MTV Movie Award” mükafatının üç nominasiyasında qalib olub. Bundan başqa o, Hollivud “Empire Award”da 2009 və 2010-cu illərdə ən yaxşı aktyor mükafatına layiq görülüb. Onun son dövrlərdə çəkildiyi ən məşhur film “Alatoran”dır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости