Ramil Səfərovun anası vəfat etdi
05
окт
2009
01:27
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Macarıstanda erməni hərbçi Qurgen Marqaryanı öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun anası vəfat edib.Zabitin ailəsindən APA-ya verilən məlumata görə, uzun müddətdir, ağır onkoloji xəstəlikdən əziyyət çəkən Nübar Səfərova oktyabrın 3-də dünyasını dəyişib. Anasının vəfatı barədə R. Səfərova hələlik məlumat verilməyib.Qeyd edək ki, 1950-ci il təvəllüdlü N. Səfərova bundan əvvəl iki dəfə əməliyyat keçirib.Xatırladaq ki, R. Səfərov erməni zabiti Q. Marqaryanı öldürməkdə təqsirli bilinərək Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.lent.azMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
В Азербайджане чиновников обяжут возвращать незаконно полученные льготы
В Азербайджане имущество, привилегии и льготы, полученные должностными лицами в результате конфликта интересов, предлагается обращать в доход государства. Как с...