Rüşvete Son!!! - DYP yoxsa Bazar?

Rüşvete Son!!! - DYP yoxsa Bazar?
Общество 16053

Azərbaycanda dünya standartlarından uzaq və yalnız özünün qanunları ilə idarə olunan bir struktur var ki, bu da Dövlət Yol Polisidir. Bünövrəsi sovet kommunistləri tərəfindən qoyulmuş bu qurumu elə indi də çoxları DYP kimi deyil, məhz "QAİ" kimi yaxşı tanıyır. Elə o zamanda, indi də bu qurumda hər şey rüşvətlə həll olunur. Təəssüf ki, 18 illik bir zaman kəsiyində qurum rüşvət adlanan bəladan qurtula bilməyib. "QAİ" qazandığımız müstəqilliyi tamam başqa anlamda istifadə edir. Yəni, sözün əsl mənasında qurum "DYP" deyil, "QAİ" olaraq qalmaqda daha maraqlıdır, İDDİALIDIR. Doğrudur, "QAİ" də islahatlar aparılıb, amma azərbaycansayağı. Yəni, dəyişən ancaq qiymətlərdir. İnflyasiya termini burada dəqiqliyilə mənimsənilib. Hörmetli prezidentimiz İlham Eliyev onların maaşların en azı 3 4 defe artırdı ki rüşvete son qoyulsun. lakin buda tesir etmedi... eksine.....

az10-YP-563 şekilde göründüyü kimi özü kobudcasına qayda pozub.

az10-YP-537 01.03.2009 tarixde axşam 22.00 radelerinde svetaforda maşın durduğu anda saxlayib deyir ki, qanunu pozmusan düz durmamısan. 3 bal ve cerimesi 44 AZN. 20 AZN verende razılaşmadı. Deyirki günün axırıdı protokol yazmaq serfelidi. 40 AZN alandan sonra ise ne kamera çekib nedeki bir şey olmamış kimi geddi.

Hörmetli userler. sizde başınıza gelenleri yazın fikirlerinizi bildirmekden çekinmeyin! Düz sözü hemişe demek lazımdır!! bizde onu işıqlandıraq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости