Röya: “Məni əsəbiləşdirməyin!..”
16
сен
2009
10:57
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Hamiləliyinin son aylarını yaşayan müğənni Röya bu gün mətbuat nümayəndələri ilə görüş keçirib. BaKu.Ws-ın məlumatına görə, 6 günlük konserti barəsində ətraflı informasiya verən müğənni tədbirdə planlaşdırılanları təfərrüatı ilə danışıb: “Konsert tam bir nağıl formasında təqdim olunacaq. Bir növ müziklı xatırladacaq. Hər mahnını nağıl-tamaşa şəklində təqdim edəcəyəm. Tamaşaçılar özlərini nağıllar aləmində hiss edəcək. Məni 70 aktyor – kuklalar, marionetkalar və rəqqasələr müşayiət edəcək”.Müğənni görüşün əvvəlində mətbuat nümayəndələri ilə şərt kəsib: “Baxın, mənim vəziyyətimi görürsünüz. Ona görə də mənim əsəbiləşdirmək olmaz, suallarınızla məni əsəbiləşdirməyin!...”“Ulduz nağılı” adlı konsertinin adı ilə bağlı açıqlama gətirən müğənni özünü heç də ulduz hiss etmədiyini, konsertin adının repertuarında yer alan “Ulduz nağılı” mahnısı ilə bağlı olduğunu açıqlayıb. Röya yenə də məşhur replika və atmacalarından istifadə edərək mətbuat işçilərini təəccübləndirib: “Məni ən çox narahat edən konsertdə ayaqyoluna getməyimdi”.Qeyd edək ki, konsert müğənni Tunarın bəstələdiyi “Bəbələr” mahnısı ilə açılacaq. Röya 6 günlük konsertin bir gününün incəsənət nümayəndələrinə həsr olunacağını bildirib: “Tanıdığım və tanımadığım bütün incəsənət adamlarını bura həmin gün konsertə dəvət etmişəm”. Lalə Yusifqızı |
Похожие новости
В известном парке Баку осушили искусственное озеро - названа причина
В парке "Гянджлик", расположенном в Хатаинском районе Баку, начинается масштабная реконструкция. Водоём на территории парка был полностью осушён - после заверше...