Qurban Bayraminiz Mubarek

08
дек
2008
02:54
Qurban bayramının tarixi peyğəmbərlər içərisində böyüklüyü ilə seçilən Həzrəti İbrahimin (ə) adıyla bağlıdır. Həzrəti İbrahimin uzun müddət övladı olmayıb. Onun həyat yoldaşı Sara ömrünün ahıl çağına qədəm qoyduğundan övladı olacağına daha ümidi qalmamışdı. O, vəfalı ərinin övlad həsrətilə qovrulduğunu görür və bərk sıxılırdı. Nəhayət, Sara İbrahimə təklif etdi ki, sevimli və vəfalı kənizi Həcərlə evlənsin. İbrahim Saranın məsləhətini eşitdi. Çox keçmədi ki, Həcərdən bir gözəl oğlu oldu. Adını İsmail qoydular. İbrahimin qəlbi şadlıq və sevinclə doldu, gözləri əziz övladının dünyaya gəlməsi ilə işıqlandı. Saranın qəlbində isə qısqanclıq alovu şölələndi, qəm-kədər tufanı qopdu. Yuxusu, rahatlığı yoxa çıxdı. İş o yerə çatdı ki, İsmaili görən gözü olmadı. Həcərin onlarla birgə yaşamağına dözmədi.Sara həyatını bürümüş bu ruhi tufan və daxilini sarmış sarsıntı içində yeganə çarəni bunda gördü ki, İsmaillə Həcəri özündən uzaqlaşdırsın. O, İbrahimdən xahiş etdi ki, Həcərlə oğlunu ölkənin ən ucqar yerinə aparsın. Düşündü ki, bu yolla onların səslərinin eşitməz və üzlərini görmək əzabından qurtulmuş olar. İbrahim Allahın əmrilə onun xahişini qəbul etdi. Həcəri və İsmaili özü ilə götürdü. Onlar atlara minib şəhərdən çıxdılar və Tanrının yardımı ilə xeyli yol getdikdən sonra gəlib Kəbəyə çatdılar. İbrahim Həcərlə İsmaili o otsuz-ələfsiz torpaqda düşürdü. Ana və bala çox zəif və yazıq görkəmdə olsalar da, ürəkləri Tanrıya bəslədikləri iman və ümidlə dolu idi. İbrahim onlar üçün azacıq yemək və su qoydu. Ana-balanı çölün-düzün ortasında qoyub yola düzəlmək istədi. Bu anda Həcər onun ətəyindən asıldı, atının cilovunu tutub dedi: “Ey İbrahim, hara gedirsən? Bizi bu qorxunc düzdə kimə tapşırırsan?”İbrahim təmkin və aydınca dedi: “Bu, Allahım əmridir!”Həcər bu sözləri eşitcək yerinə qayıtdı və Allah hökmü qarşısında baş əydi. O, Allah rəhmi və lütfünə bel bağlayaraq dedi: “Əgər bu İlahinin əmridirsə, şəksiz, O, bizi heç vaxt ağlar qoymayacaq”. İbrahim o təpədən endi. Bir yandan qorxu və həyəcan addımlarını yavaşıtsa da, o biri yandan Allaha inamı, etibarı onu irəli aparırdı.İbrahim bu acı və kədərli hisslərlə ürəyini o səhrada əziz övladının yanında qoyub getdi. Allahdan rəhm və yardım diləyərək vətənə qayıtdı. Həcər İlahi yazısına tabe olub, səbri özünə peşə etdi. Çox keçmədi ki, onun özü ilə götürdüyü su qurtardı, ac-susuz qaldı. Artıq uşağı üçün nə yemək vardı, nə də ki, bir damcı su qalmışdı. Uşaq aclıq və susuzluqdan bərk ağlayıb sızıldamağa başladı. Yazıq ana bu mənzərədən oda atılmış üzərrik kimi yandı. Pərişan halda gözlərindən yaş seli axıtdı. O arzu etdi ki, kaş canının şirəsindən, ürəyinin qanından və gözünün yaşından ciyərparası üçün su və yemək hazırlaya biləydi.Bu arada uşaq da arasıkəsilməz nalə və fəryadı ilə ananın ürəyini üzür,qəlbini parçalayırdı. Ismail hər iki ayağını yerə bərk sürtərək sanki bu yolla daşdan-torpaqdan yardım diləyir, onun daş qəlbini yumşaltmaq istəyirdi.Ümid qapısının hər tərəfdən qapandığı bu dəhşətli anda birdən oğlanın ayaqları altından su çeşməsi fəvvarə vurdu.Elə ki, Həcərin gözü o suya sataşıb gördü ki, İlahi rəhmi onu bürümüş, Tanrı gözü ona qayğı ilə baxmışdır, əzgin və üzülmüş halda, alnından tər axa-axa ciyərparasının yanına gəldi. Dodaqlarını və ağzını su ilə islatdı. Ana sevincindən yerə-göyə sığmırdı, çünki görürdü ki, uşağının həyat işartısı parıldayır və bədənində, damarlarında sudan bir oyanış, sevinc duyulur. Bu bulaq indiyədək qalan həmin o Zəmzəm çeşməsidir. Həccə gedənlər çeşmənin ətrafına yığılır və onun suyundan içmək, ya özlərilə götürmək üçün ora tələsirlər.İbrahim əziz övladını unutmamışdı. O, arabir oğlunu görməyə gedir, bu görüşdən rahatlıq tapırdı. Halını soruşduqca gücünün üstünə güc gəlirdi. Bir müddət belə keçdi və İsmail güclü, qoçaq bir cavan oldu. Bu zaman İbrahim yuxuda gördü ki, Tanrı ona buyurur: “Yeganə övladının başını öz əlinlə kəs”. İbrahim bilirdi ki, peyğəmbərlərin yuxusu gerçəkdir. İbrahim İlahi əmrinə tabe olub onu yerinə yetirməyə tələsdi. O, yola düşüb oğlunun yanına gəldi. Ona söylədi: “Əziz övladım, yuxuda görmüşəm ki, sənin başını kəsirəm. Bu barədə sənin fikrin nədir?”İbrahim istədi ki, bu yolla oğluna İlahi əmrini bildirsin və onu zorla yox, öz xoşu ilə qanına qəltan etsin.İsmail atasının sözünü eşitcək itaətlə irəli gəldi. İlahi əmrini qəbul etməyə hazır olduğunu bildirdi: “Ey ata, sənə tapşırılmış işi yerinə yetir. Görəcəksən ki, Tanrının istəyi ilə mən necə səbr edənlərdənəm”.Atasının ürəyindən keçənləri bilən İsmail istədi ki, onun içindəki yanğını azaltsın. Ona tapşırılmış vəzifənin icrası üçün ən yaxın yolu göstərsin. Odur ki, dedi: “Atacan, əl-ayağımı iplə möhkəm bağla ki, Tanrı buyruğunu icra edərkən əl-ayaq atmayım. Qorxuram ki, bu mükafatımda zəiflik göstərəm. Paltarımı da əynimdən çıxart ki, qana bulaşmasın. Qorxuram anam onu görərkən qəmi-kədəri daha da artsın və səbr edə bilməsin. Atacan, bıçağın ağzını itilə və onu boğazıma tez çək ki, mənə dözmək asan olsun, çünki ölüm ağır və dərdlidir”.İsmail daha sonra dedi: “Anama salamımı çatdır və sənə çətin olmasa, köynəyimi ona yetir. Qoy o, anama təsəlli olsun, ürəyinin dərdlərinə təskinlik versin. Oğlunun iyini o köynəkdən alsın. Mənə görə ürəyi sıxılanda köynəyi bağrına bassın və içindəki yanğını azaltsın”.İbrahim dedi: “Ey oğul, sən Tanrı buyruğunun icrası üçün yaxşı yardımçısan”. O, sonra oğlunu bağrına basıb üz-gözündən öpdü. Beli bükülmüş qoca ilə yeniyetmə cavan ixtiyarsız qucaqlaşıb ağlamağa başladılar. İbrahim oğlunun üzünü yerə qoydu. Bıçağı əlinə götürüb, gah onun itiliyinə, gah da oğlunun boğazının zərifliyinə nəzər saldı. Rəhm və şəfqətindən ixtiyarsız, gözləri yaşla doldu. Nəhayət, bıçağı İsmailin boğazına çəkdi. Ancaq bıçaq kəsmədi, çünki İlahi qüdrət onun itiliyini azaltmışdı. İsmail dedi: “Atacan, üzümü yerə tərəf çevir ki, məni görməyəsən. Çünki gözün üzümə sataşır və mənə olan mehr-məhəbbətin qoymur ki, Tanrı buyruğunu yerinə yetirəsən”. İbrahim oğlunun üzünü torpağa tərəf çevirib bir daha bıçağı işə saldı. Ancaq yenə bıçaq kəsmədi. İbrahim heyrətə gəldi. Tanrı səs verdi ki, ey İbrahim, o yuxuda gördüyünü sözsüz yerinə yetirib, öz sədaqət və vəfanı sübut etdin. İbrahimin gözlərində sevinc nuru parıldadı. Ata və oğul sınaqdan üzüağ çıxmalarında İlahimin göstərdiyi lütf və mehribanlıq üçün Ona şükürlər etdilər. Allah İsmailin əvəzinə qurban kəsilmək üçün İbrahimə böyük bir qurbanlıq göndərdi. İbrahim həmin o bıçağı qurbanlığın boğazına qoyan kimi qanı axdı. Beləcə, Qurban Həzrəti İbrahim əleyhissalamın dövründən qeyd olunur.Sizi mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimizi yetiririk.Müqəddəs Qurban bayramı İslamın bir din kimi tamamlanması və bununla da bəşər övladının mükəmməl əxlaqi dəyərlərə, əməli–saleh yaşayışa, doğru–düzgün həyat yoluna dəvət edilməsi ilə əlamətdardır. Müsəlmanlar arasında mənəvi–ruhi birliyin, həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban mərasimləri, eyni zamanda, onların Allah yolunda və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarının təcəssümüdür. Məhz bu mübarək gündə inanclı insanlar Uca Tanrıya yaxınlığını, ilahi kəlama, mənəvi dəyərlərə bağlılığını könül xoşluğu ilə nümayiş etdirmək fürsəti əldə edirlər. Biz bu mübarək gündə hamınıza Ulu Tanrıdan möhkəm can sağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi–bərəkət arzulayıriq. Qurban bayramınız mübarək olsun! Tanrı qurbanınızı qəbul etsin!Maraqli melumatin var ? [email protected] e-mail & msn unvani ixtiyarindadir !!!

Похожие новости
В Баку вынесен приговор мужчине, жестоко убившему свою мачеху
перепиши текст новости: В Бакинском суде по тяжким преступлениям завершился судебный процесс по делу Гасыма Мамедова (1997 г.р.), обвинявшегося в убийстве своей...