Qiymətlər bahalaşan vaxtda 15 AZN-ə rayonda necə istirahət etmək olar?

Qiymətlər bahalaşan vaxtda 15 AZN-ə rayonda necə istirahət etmək olar?
Общество 2904

Son günlər demək olar ki, hamının müzakirə etdiyi mövzu dolların, ərzağın, turizm xidmətlərinin bahalaşması və xüsusilə də rayonlardakı istirahətin bahalı olması mövzusudur. Bütün bunlara baxmayaraq "Turizm.Az” Travel Group-un Baş Direktoru Murad Kərəmov iddia edir ki, bu istirahəti cəmi 15 AZN-ə də etmək olar. 

Salam Murad bəy. İddia etdiyiniz bu qiymətə həqiqətən də tur təşkil etmək mümkündürmü və bu tur haqqında ətraflı məlumat verə bilərsinizmi?    

Əlbəttə bu mümkündür. Məsələn, 5 Aprel tarixinə "Buynuz Piknik Turu” adında İsmayıllı rayonuna turumuz var. Piknik turlarında adətən yaşayış məntəqələrindən çox uzaq bir təbiətin qoynunda xüsusi olaraq məkan seçilir. Məkan göl sahili, sərin meşəlik, dağlıq ərazi və ya milli park ola bilər. Piknik düşərgəsində idman (Voleybol, oxatma və s.) və əyləncəli yarışlar təşkil edilir. Müştərinin istəyindən asılı olaraq düşərgədə tərəfimizdən təşkil edilmiş BBQ üçün nəzərdə tutulmuş ərazidə kəbab bişirə bilərsiniz və ya yeməyinizi özünüz evdən gətirə bilərsiniz. Təzə kəsilmiş quzu ətini isə Şamaxı-İsmayıllı yolunda xidmət göstərən qəssablardan satın ala bilərsiniz. Bütün piknik ləvazimatlarının təşkili ( plastik yemək qabları, otlaqda oturmaq üçün döşəkçələr və s.) bizim tərəfimizdən təmin olunur. Bizim əsas məqsədimiz həm az büdcəli vətəndaşlarımızın istirahətini təmin etmək, həm otellərin lyuks xidmətindən doymuş müştərilərimiz üçün fərqli məhsul təklif etmək, həm də piknik turlar zamanı qısa məsafəli trekinq və haykinq turlarını təşkil edərək cəmiyyətimizi ekoloji turizm sahəsində maarifləndirməkdir. Bütün bu təşkilati işlər zamanı Turizm.Az komandasının ən əsas vəzifələrdən biri də müştərilərin məmnuniyyətini təmin edən zaman təbiətin qorunmasını, çirkləndirilməməsini və ilk gördüyümüz təbii vəziyyətdə tərk edilməsini təmin etməkdir. Təbiəti bucür qorumasaq və turistlərimizi maarifləndirməsək gələcək nəsillər üçün Azərbaycanda istirahət etməyə, təbiətin gözəlliyindən zövq almağa və ya təmiz hava qəbul etməyə yer qalmayacaqdır.    

Təşəkkür edirəm Murad bəy ətraflı məlumat üçün. 

5 Aprel təşkil ediləcək 15 AZN-lik "Buynuz Piknik Turu”nun proqramı  - Bura tıklayın

Və ya bura > http://bit.ly/19lGruo

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости