Qar yağacaq

Qar yağacaq
Общество 3984
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Baku.ws-a verilən məlumata görə, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər havanın tədricən tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacağı, axşama doğru 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, dekabrın 1-də hava şəraitinin yağıntılı olacağı, bəzi dağətəyi rayonlarda sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlyaıb. Dekabrın 1-də ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dekabrın 2-də yağıntılar kəsiləcək.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости