Qar nəinki Bakını hətta cənub bölgəsini də qaranlığa qərq edib
06
фев
2010
22:29
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
265480919_qarli-rayonlar.jpg|-->Astaranın 30, Lerikin 40, Lənkəran və Masallının isə onlarla kəndində elektrik enerjisi yoxdurCənub rayonlarında dünəndən yağmağa başlayan qar regionun enerji təsərrüfatında bəzi problemlər yaradıb. Qar ötən gecə çovğunla müşayiət olunub. Lənkəran Yüksək Gərginlikli Elektrik Şəbəkəsində şəhər mərkəzindən 20-30 kilometr məsafədə yerləşən bir neçə dağ kəndində elektrik enerjisi kəsilib. Həmin yaşayış məntəqələrinə gedən bir neçə 10 kilovoltluq elektrik xətləri buz bağladığından naqillər qırılıb.Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından bu dəqiqələrdə travmalarla bağlı müraciətlərin daxil olmadığı bildirilir. Masallı rayon fövqəladə hallar komissiyasından isə deyiblər ki, bir neçə kənddə elektrik dirəkləri aşdığından rayonun Həsənli, Kötəkli və Xırmandalı kəndləri istiqamətində elektrik enerjisinin verilişi dayandırılıb. Bəzi yaşayış məntəqələrində kiçik qəzalarla bağlı enerji verilişində qısa fasilələr yaranıb. Astarada da qar və çovğun bəzi problemlər yaradıb. Rayon fövqəladə hallar komissiyasının sədri Məzahim Hüseynovun verdiyi məlumata görə, rayonun 5 ərazi icra nümayəndəliyinə daxil olan 30-a yaxın kənddə işıq yoxdur. Bu, gecədən başlayan çovğunun əraziyə enerjini ötürən 10 kilovoltluq və 0,4 kilovoltluq hava xətlərinin qırılması səbəbindən baş verib. Komissiya sədri şəhərə 15-25, dağlıq yerlərə isə 30-40 santimetr qar yağdığını bildirib. Onun sözlərinə görə, texnikanın köməyi vasitəsilə ötən gecədən yollarda qarın təmizlənməsinə başlanıb. Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov şəhərdə gecə 12, dağlıq yerlərdə 15 dərəcəyədək şaxta olduğunu söyləyib. Onun sözlərinə görə, şəhərdə heç bir problem yoxdur, lakin 7 ərazi icra nümayəndəliyə aid olan 40-a yaxın kənddə naqillərin buz bağlayaraq qırılması üzündən enerji yoxdur. Hazırda yol və enerji infrastrukturun bərpası üçün lazımi tədbirlər görülür. Yardımlı rayon fövqəladə hallar komissiyasından isə bildiriblər ki, qarın qalınlığı rayon mərkəzində 20-25, dağlarda 30 santimetrdən çox təşkil edir. Yollar buz bağlayıb, gediş-gəliş və nəqliyyatın hərəkətini tənzimləmək üçün yollara qum səpilir. Cənub bölgəsində fəsadların aradan qaldırılması üçün qəza briqadaları çalışır. Hazırda bölgənin bəzi rayonlarında qar səngiyib.lent.azMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
Попкорн стал причиной массового отравления школьников в Джейранбатане
Восьми школьникам в поселке Джейранбатан, предположительно отравившимся попкорном, оказана медицинская помощь на месте. Об этом на запрос BAKU.WS сообщили в TƏB...