Qəribə müsabiqə: Qalibə arvad veriləcək! - FOTO
14
фев
2011
10:08
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Milli.Az xəbər portalı "News.com.au"a istinadən bildirir ki, Yeni Zelandiyadakı "Rock FM" radiostansiyası dinləyicilərinə "Özünə arvad qazan!" müsabiqəsinə qatılmağı təklif edib.Müsabiqənin qalibi Ukraynaya yollanaraq, "Endless Love Agency" adlı, əcnəbilərlə tanışlıq agentliyinə müraciət etmiş qızlar arasından həyat yoldaşı seçmək imkanına malik olacaq. Bundan başqa, müsabiqədə qalib gələcək kişinin Ukrayna ərazisində 12 gün qalmaq xərcləri ödənəcək, yol məsrəfləri qismində 1500 dollar veriləcək."Özünə arvad qazan!" müsabiqəsi fevralın 28-də başa çatacaq. Qalib 5 finalçı arasından seçiləcək. Dəyərləndirməni isə peşəkar psixoloqlarla yanaşı, müsabiqə iştirakçılarının qohumları və dostları aparacaqlar."Rock FM"in müsabiqəsi qadın hüquqlarının müdafiəsi ilə məşğul olan siyasətçilərlə hüquq müdafiəçilərinin kəskin narazılığına səbəb olub.Radiostansiya rəhbərliyi isə tənha kişilər üçün keçirilən müsabiqədə pis heç nə görmədiklərini deyib.Tural297450548_1297450492_02.jpg|--> 297450545_1297450511_01.jpg|-->
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...