Polislə mübahisə edən sürücü maşında keçindi
23
дек
2010
09:46
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
293050997_ef425xvxv26ef9a6.jpg|--> Bu gün saat 15:30 radələrində Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Şamaxinka adlanan ərazidə, “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında 40-45 yaşlarında kişi yol polisinin əməkdaşları ilə mübahisə etdikdən sonra idarə etdiyi “VAZ-21099” markalı maşınına minib. Elə bu zaman o, qəfildən maşınında keçinib. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə faktı təsdiqləyərək bildiriblər ki, ilkin ehtimala görə, kimliyi hələ dəqiqləşdirilməyən kişi ürək tutmasından ölüb. Hadisə yerinə polis İdarəsinin və Prokurorluğun əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar. ***ANS TV-in hadisə yerində olan müxbirinin məlumatına görə, ölən şəxs əslən İsmayıllı rayonundan olan, Suraxanı rayonunun Balaxanı qəsəbəsində yaşayan 49 yaşlı Rafiq Yusif oğlu Umudovdur. O, “Şamaxinka” adlanan ərazidən Biləcəri qəsəbəsi istiqamətində hərəkət edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onların arasında mübahisə yaranıb və sürücü ürkək tutmasından dünyasını dəyişib.
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...