Ofisdə işləyənlər necə qidalanmalıdırlar?

Ofisdə işləyənlər necə qidalanmalıdırlar?
Общество 2867
291055480_large_cubicle.jpg|--> Gün ərzində ofis işində çalışanların ən çox səthi yanaşdığı mövzulardan biri də qidalanmadır. İşlərin çoxluğundan normal qidalanma arxa plana keçir, sağlam bəslənməni mədə aldadıcı, süni toxluq yaradan fast-food məhsulları sürətli şəkildə əvəz etməyə başlayır. Nəticədə isə sağlamlıqla bağlı problemlər yaranır.Gününün demək olar ki, yarıdan çox hissəsini masa başında keçirənlər öz sağlamlıqlarını necə qorumalıdırlar, nələrlə qidalanmalıdırlar? Milli.Az bu dəfə ofis işçilərinin qidalanma tərzindən yazacaq.Ofisdə işləyənlər nələrə diqqət etməlidirlər?Təbii ki, sağlam orqanizmin açarı birinci növbədə balanslı şəkildə qidalanmadır. Buna görə, iş başında, ofis şəraitindəki qidalanmağa ciddi şəkildə fikir vermək lazımdır. Xüsusilə gərgin rejimdə işləyənlər orqanizmin müqavimətini gücləndirmək üçün qidalanmaya xüsusi diqqət göstərməlidirlər. Aparılan araşdırmalara görə, işdə qidalanma tərzi beyinə və fiziki performansa çox böyük təsir göstərir. Yemək rejiminin pozulması həm işin keyfiyyətini aşağı salır, işçinin işini vaxtında görüb qurtarmamasına səbəb olur, həm də ofisdə ümumi ab-havaya təsir edir, işçilər əsəbi, qaraqabaq olurlar.Gərgin iş rejimində işləyənlər üçün məsləhətlər:1. Günə başlayarkən səhər yeməyi mütləqdir. Səhər payında xüsusilə taxıl məhsullarından və pendirdən hazırlanmış buterbrod düzgün seçim ola bilər. Bunu hazırlamağa vaxtı olmayanlar isə tərkibində meyvə və südün olduğu asan bir nahar seçə bilərlər.2. Gün ərzində ən vacib vərdişlərdən biri də qidalanmanı ara paylara bölməyi bacarmaqdır. Bu vərdişin köməyi ilə qidanın miqdarını, növünü daha yaxşı təyin etmək olur. Çox vaxt sərf etmədən hətta toplantılarda belə kiçik fasilə edib, rahat yeyilə bilən alma, ərik, armud, naringi kimi meyvə və quru meyvələr qəbul etmək olar. Bu növ məhsullar həm antioksidan xüsusiyyətinə malikdir, həm də gündəlik ara payların itirilməməsi üçün bir fürsətdir. Yaxşı olardı ki, uzun sürən konfranslarda südlü qəhvə və quru meyvə qarşınızdan əskik olmasın.3. Günortaya doğru adamın görünüşündə yavaş-yavaş yorğunluq öz təsirini göstərməyə başlayır. Buna görə də, günorta yeməyini təxirə salmaq olmaz. Əslində günorta payı həm əyləncəli bir fasilə, həm də gün boyunca orqanizmə enerji verən faydalı qida elementlərinin qəbul edildiyi bir zamandır. Bu payda ən çox tərəvəz salatları və taxıl məhsullarından istifadə edilməlidir. Xüsusilə, hərəkətsiz bir ofis həyatı olanlar qida seçiminə diqqət etməlidirlər.4. Gün ərzində süd məhsulları istehlak edilmirsə, nahar vaxtı ayrandan istifadə mütləqdir. Həftədə 2-3 dəfə balansı qorumaq şərtilə qızartma məhsullarını qəbul etmək olar. Ancaq yemək seçimində yağın miqdarına ciddi şəkildə fikir vermək lazımdır. Ofisdə qəbul edəcəyiniz qidaların yağ tərkibi yüksəkdirsə, evdən yemək gətirmək variantını seçməyə dəyər. Burda da diqqət yetirilməsi vacib olan bəzi məqamlar var. Birinci növbədə gigiyena və yeməyin saxlanma qaydalarına ciddi fikir vermək lazımdır. Evdən işə gətirilən yemək yaxşı bişirilməli və isti şəraitdə saxlanmamalıdır. Ofisə gələndə isə mütləq soyuducuya qoyulmalıdır.5. Kompüter qarşısında oturanlar maye qəbuluna ciddi fikir verməlidirlər. Çünki kompüter şüaları bədəndən mayenin daha çox buxarlanmasına səbəb olur. Şüa daha çox gözdə, üzdə quruluq yaradır. Ona görə də, masa və kompüter arxasında oturanlar nə qədər çox maye qəbul etsələr bir o qədər yaxşı olar. Bura bitki çayları, yaşıl çay (xüsusilə), təbii şirələr, kofe (həddini aşmamaq şərtilə) ayran, adi saf su daxildir. Qazlı içkilərdən uzaq durmaq məsləhətdir.Qidalanma az qala hər fürsətdə bədənin funksiyalarına təsir edən bir faktordur. Xüsusilə də iş həyatında hərəkətsizlik, stress, gərgin iş saatları kimi halların orqanizmə verə biləcəyi zərəri önləmək üçün bir şansdır. Bundan yararlanmaq isə heç də çətin deyil.Avropa ölkələri işçilərin sağlamlığına necə önəm verir?İş yerində bizə verilən bəzi imkanlar həyatımızı asanlaşdırıb, sağlamlığımızı risk altında qoya bilər. Bəzi Avropa ölkələrində iş yerlərində işçilərin sağlamlığının qeydinə qalmaq üçün idman salonları və diyet mütəxəssisləri fəaliyyət göstərirlər. Belə üsullardan istifadə etmək həm işçilərin həyatına, həm də ölkə iqtisadiyyatının yüksəlişinə kömək edir. Çünki işçi sağlamlığının qeydinə qalmayanda, xəstəlik səbəbiylə işə gələ bilməmək halları çoxalır. Nəticədə uduzan şirkətin büdcəsi olur. Məşqçilərə və diyet mütəxəssislərinə daha az vəsait verməklə şirkət itirilmiş işçi potensialını qaytara bilər. Bununla da həm xərclərdə azalma olar, həm də sağlam cəmiyyət formalaşar. Belə proyektlər müxtəlif ölkələrdə də müzakirə edilməkdədir.Şirkətlər çalışmalıdırlar ki, işçilərin sağlamlığına ciddi fikir versinlər. Bununla da sağlamlıq sığortasına xərclənən pula qənaət edilmiş olur.Hərəkətsizliyin fəsadları nələrdir?İş saatları uzun olan və masa başında digər fərdlərə nisbətdə daha çox vaxt keçirən ofis işçilərində kilo artımı riskli bir vəziyyətdir. Hərəkətsizlik bu mövzuda əhəmiyyətli faktor olur. Yəni, qəbul edilən qidanın enerjisi sərf edilən enerjiylə nizamlanmalıdır. Sağlamlıqla bağlı problem yaranmamışdan qabaq, önləyici tədbirlər görülməlidir. Xəstəlik meydana gəlmədən tədbir görməyin xərci daha azdır. Balanslı qidalanma və çəki itkisi bir çox xəstəliklər üçün qoruyucudur.Ofisdə işçilərin də bir-birilərinin qidalanmasına təsiri vardır. Qrup içində bir "lider" digər işçilərin yemək seçiminə istiqamət verə bilir. “Gəlin, tort yeyək”, “Dönər sifariş verək”, "Gəlin, dondurma alaq" kimi təkliflərə qarşı hər kəs öz səhhətinə uyğun olaraq qarşılıq verməlidir.Axşam süfrələrinə də ciddi fikir vermək lazımdır. Şam yeməyindən əvvəl içki içmək ziyandır, çünki içki qəbulu iştahı açır. Nəticədə həddindən çox qida qəbul edilir və bu da mədədə ağırlıq yaradır, kökəlməyə səbəb olur.Oturaq rejimdə işləyən nə etməlidir?Daim masa arxasında oturanlar piyada gəzməyə də vaxt ayırmalıdırlar. Davamlı oturanlarda qəbzlik əlamətləri özünü daha çox göstərir. Ona görə də belə işçilər lifli qida və su istehlakını artırmalıdırlar. Onlar gündəlik qidalanmalarında buğda, çovdar və kəpəkli məhsullarla meyvə-tərəvəz, quru paxlalılardan istifadə etməlidirlər. Kökəlmənin qarşısını almaq üçün mütəxəssisslər bir neçə təklifi dəyərləndirməyi məsləhət görürlər:- Rəsmi olmayan görüşləri gəzərək edin;- Ən uzaqda olan tualeti seçin;- Çay-qəhvə fasilənizdə bir neçə qat pilləkən çıxmağa çalışın;- Telefonla danışarkən ayaqda durun və addım atın (və ya gəzişin);- Dəhliz boyunca gedərək mesaj atacağınız iş yoldaşınızla mövzuyla əlaqədar danışmağa üstünlük verin.Cinsindən asılı olmayaraq, hər sektorda gərgin rejimdə işləyənlər bir tərəfdən həyat şəraitini yaxşılaşdırmaq uğrunda mübarizə aparır, digər tərəfdən düzgün qidalanmağı arxa plana keçirərək sağlamlıqlarını təhlükə altına salırlar. İndiki zamanda uzun iş saatları hər bir insanda stress, əsəbilik yaradır. Düzgün qidalanma vərdişinin pozulması ilə orqanizm bütün xəstəliklərə açıq şərait yaratmış olur. Ona görə də bir həyatı asanlaşdırmaq naminə sağlamlığı qurban vermək olmaz. Sadəcə bunu düşünmək yetərlidir: Siz xəstə olandan sonra o həyat kimə lazım olacaq?Vüsalə Əlövsətqızı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

22 Общество 22:55 28 октября 2026

Последние новости