Obamanın nənəsi Həccdən qayıtdı

Obamanın nənəsi Həccdən qayıtdı
Общество 2744
O, prezident nəvəsinin müsəlman olması üçün dua etdiABŞ prezidentinin Keniyada yaşayan nənəsi Sara Obama Həcc ziyarətini başa vuraraq, vətənə qayıdıb.88 yaşlı Sara Obama Həcc ziyarətinə Səudiyyə kralının şəxsi dəvəti əsasında gəlib. Ölkəyə qayıtdıqdan sonra isə o, medianın diqqət mərkəzində olub.“Mən nəvəm Barakın müsəlman olması üçün dua etdim” - deyə o, “Əl Vatan” qəzetinə bildirib. Həcc ziyarətindən ağızdolusu danışan Sara, nəvəsinin siyasəti barədə sualları cavablandırmaqdan imtina edib. O, kral Abdullaha qonaqpərvərliyə görə təşəkkür etməklə kifayətlənib. Avqust ayında ABŞ-da keçirilən rəy sorğusunun nəticələrinə görə, hər 5 amerikalıdan biri Obamanı müsəlman hesab edir. Halbuki, qaradərili prezident xristian olduğunu dəfələrlə bildirib.Vüqar
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Последние новости