“Oğuz-Şəki” Turu - 23 – 24 MART, 2009

“Oğuz-Şəki” Turu - 23 – 24 MART, 2009
Общество 7
“Oğuz-Şəki” Turu 23 – 24 MART, 2009(2 günlük)23 MART 07:00-11:00 – Bakı–Oguz yoluYolüstü Pirsaat Pirini ziyarət və tənəffüs ( 10-15 dəqiqə )Avtobusda qəlyanaltı 11:00 - Oğuz rayonunda qarşılanma.11:00 – 13:00 “Oğuz” İstirahət Mərkəzində yerləşmə. Çay süfrəsi, asudə vaxt.13:00 – 14:00 – “Oğuz” İstirahət Mərkəzində nahar.14:00-17:00 Oğuz meşə turuOğuz rayonunu Azərbaycanın İsveçrəsi adlandırırlar. Bu yerlərin təbiəti çox gözəldir: dağ çayları və vadilər, qaynar çeşmələr və şəlalələr, müalicəvi əhəmiyyətli kükürdlü bulaqlar, sərt qayalar... Rayon ərazisinin 40%-i meşələrdən ibarətdir. Rayonda qoz, fındıq, alma, armud, gilas, zoğal, yemişan, böyürtkən, moruq, alça, qaragilə və başqa meyvə və giləmeyvələr yetişir. Heyvanat aləmində qaban, dağ keçisi, ayı, dovşan, qırqovul, kəklik, turac, qaz, eləcə də alabalıq və naqqa balıqları geniş yayılmışdır.Bu turda biz bir çox şəlalələri fəth edecek və meşənin insan ayağı çox az dəymiş yerlərində olacağıq. Bir sözlə bu turu sadəcə görmək lazım. Burda Siz 22 m hündürlüyündə olan şəlalə ilə də rastlaşacaqsınız. 17:00-18:00 Asudə vaxt 18:00-19:00 “Oğuz Ailəvi İstirahət Mərkəzi”ndə Şam yeməyi19:00- Asudə vaxt. “Oğuz Ailəvi İstirahət Mərkəzi”-də gecələmək. ( Kotecler istilik sistemi ilə təmin olunmuş və qonaq otağı, televizoru var. Təmiz hamamı və tualeti kotecin içindədir. ) 24 MART 09:00-10:00 “Oğuz Ailəvi İstirahət Mərkəzi”ndə Səhər yeməyi 10:00-11:00 Oğuz – Şəki yolu.11:00-14:00 Şəki TuruŞəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşdirilməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Evin mərkəzi zalını bəzəyən buxarının üzərində gözəl xətlə bu evə səadət və əminəmanlıq diləyən məntlər yazılmışdır. Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir. Diyarşünaslıq muzeyi, Xalq tətbiqi sənət muzeyini ziyarət. Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində “Gələrsən - görərsən” qalasının xarabalıqları vardır. Bir vaxtlar düşmənlər üçün əl-çatmaz olan bu qala şəhərin gəliş-gediş yollarını qoruyurdu. Şəki şəhərində M.F.Axundovun ev muzeyi.Şəhərin mərkəzində çay süfrəsi. 14 00-15 30 Nahar yeməyi 15:30-16:30 Kiş məbədiKiş kəndindəki qədim alban kilsəsi (I-II əsrlər). Bu məbəd Kiş adlı dağ çayının sahilindədir. Məbədin binası xalq arasında “şirima” deyilən iri daşdan tikilmişdir. 16:30 – 17:00 Asudə vaxt. 17:00- Şəki-Bakı yolu. 19:00–20:00 - Şam yeməyiİsmayıllı – Şamaxı yolunda restoranda 20:00-22:00 – Bakıya çatma. Turun qiyməti: 76 AZN Son qeydiyyat tarixi: 20 MART 2009 – cu il Qiymətə daxildir: Komfortlu, kondisionerli avtobus ( Mercedes Sprinter 17 nəfərlik )Səhər yeməyi( 24 MART )Nahar ( 23 və 24 MART )Şam yeməyi ( 23 və 24 MART )Avtobusda qəlyanaltı ( 23 MART )GecələməkÇay süfrələriProfessional BələdçiProqramda göstərilən bütün muzey giriş ödəmələri. Qeydiyyata düşmək üçün: Email: mamedov23@yahoo.comTel: ( 050) 377 31 13 237193332_img_0164.jpg|-->
“Oğuz-Şəki” Turu - 23 – 24 MART, 2009
237193394_img_0165.jpg|-->
“Oğuz-Şəki” Turu - 23 – 24 MART, 2009
237193326_img_0166.jpg|-->
“Oğuz-Şəki” Turu - 23 – 24 MART, 2009
237193380_rrrrsrrrrryor-009.jpg|-->
“Oğuz-Şəki” Turu - 23 – 24 MART, 2009
237193341_rrrrsrrrrryor-025.jpg|-->
“Oğuz-Şəki” Turu - 23 – 24 MART, 2009
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости