Novruz bayramı təntənəli şəkildə qeyd ediləcək
14
мар
2010
01:24
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
268480931_novruz.jpg|--> Bu il Novruz bayramı münasibətilə paytaxt Bakıda böyük bayram şənlikləri təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, İcra Hakimiyyəti İlaxır çərşənbə günü tədbir təşkil edəcək. Bayram tədbiri martın 16-da "Qız Qalası"nın qarşısında keçiriləcək. Ötən il olduğu kimi "Atəşgah"dan faytonlarla gətiriləcək odla "Qız Qalası"nın üzərində qurulacaq üç məşəl yandırılacaq. Saat 19.00-da isə konsert proqramı başlayacaq. Konsertin sonunda, həmçinin martın 20-də Milli Parkda atəşfəşanlıq təşkil ediləcək. Novruz bayramı tədbirləri isə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Nazirliyin mətbuat katibi bildirib ki, hazırda bayram proqramının hazırlanması üzərində iş gedir. Bayram tədbirləri "İçərişəhər"dən başlayacaq, Qoşa Qala Qapısı, "Qız Qalası" və Dənizkənarı Milli Parkda davam edəcək. Hazırda dənizkənarı Milli Parkda, eləcə də Qız Qalası yaxınlığında məşqlər keçirilir. Böyük bayram tədbirləri proqramına rejissorluğu xalq artisti Cənnət Səlimova edir. Qeyd edək ki, Novruz bayramı YUNESKO-nun irs siyahısına daxil edilib, BMT tərəfindən 21 mart - beynəlxalq Novruz günü elan olunub. Bu səbəbdən bayram tədbirləri daha təntənəli və geniş şəkildə qeyd olunacaq.
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...