Moskvada qafqazlı bıçaqlanıb: yeni qurbanlar olan davaya uşaqlar da qoşulur - FOTO-YENİLƏNİR
18
дек
2010
20:50
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev dekabrın 11-də Moskvanın Manej meydanında, dekabrın 15-də isə şəhərin müxtəlif yerlərindəki hadisələrdən bəhs edərkən bildirib ki, kütləvi iğtiişaşların iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə oluna bilər."Yalnız qanun çərçivəsində hərəkət edəcəyik. Sanksiyalaşdırılmamış aksiyalar zamanı, bu aksiyaların iğtişaşlar və kütləvi qanun pozuntuları ilə nəticlənə biləcəyini görəndə çox sərt davranacağıq. Bu zaman suvuranlar və gözyaşardıcı qazdan istifadə istisna edilmir. Biz istənilən iğtişaşın qarşısını almağa hazırıq", - R.Nurqaliyev söyləyib.Milli.Az xəbərlər portalı "Vesti FM"ə istindən bildirir ki, dekabrın 15-də Moskvadakı iğtişaşlar zamanı saxlanılan 1300-dən artıq şəxslər inzibati məsuliyyətə, bəziləri isə cinayət məsuliyyətinə cəlb olunacaqlar.Onların istisnasız olaraq hamısının adı Moskva Baş Daxili İşlər İdarəsinin "qara siyahı"sına daxil ediləcək.İğtişaşlar zamanı saxlanarkən milisə müqavimət göstərənlər 5 ilədək azadlıqdan məhrum oluna bilər.Tutulanlardan 260 potensial təhlükəli əşya, o cümlədən 16 travmatik tapança, 208 bıçaq, beysbol zopaları, beşbarmaqlar, armatur kəsikləri, çəkiclər və baltalar götürülüb.Adı "qara siyahı"ya düşən şəxslərinq həyatı birdəfəlik dəyişəcək. Belə ki, onlar bundan sonra hansısa iğtişaş zamanı tutulsalar, residivist cinayətkar sayılacaqlar. Üstəlik, bu şəxslərin gələcəkdə yüksək maaşlı iş tapmaları müşkülə dönəcək. "Qara siyahı"dakı adamları dövlət şirkətləri və müəssisələrində işə də götürməyəcəklər.19 yaşıl azərbaycanlı Elmin Məhəmmədov isə "Moskovskiy Komsomolets"ə verdiyi açıqlamaya görə, milislər onu saxlayandan sonra azad etmək üçün pul tələb ediblər."Onlara 5 min rubl rüşvət verəndən sonra buraxıldım", - tələbə E.Məhəmmədov söyləyib.Bu arada bəlli olub ki, iğtişaşlar zamanı gah radikallar, gah da qafqazlıların tərəfində çığırıb-bağıran xeyli təxribatçı varmış. Həmin şəxsləri hüquq-mühafizə orqanları ilə yanaşı, ictimai və hüquq-müdafiə təşkilatları da müəyyənləşdirirlər.----------16.43Moskva meri Sergey Sobyanin şəhər Baş Daxili İşlər İdarəsinin rəhbərliyinə müraciət edərək millətçi radikalların yeni aksiyalara hazırlaşmaları barədə xəbərlərdən dolayı təhlükəsizliyin təminatı tədbirlərinin gücləndirilməsini tələb edib.Milli.Az xəbər portalı "İnterfaks"a istinadən bildirir ki, millətçi radikallar sabah səhər saatlarında Moskvadakı "Ostankino" telemərkəzinin qarşısına toplaşmaq niyyətindədir.Kiyev vağzalının qarşısında da radikallar, millətçilər və fanatların bir araya gəlməsi planlaşdırılıb.Moskva merinin müavini Aleksanlr Qorbenko bu gün şəhərdəki milli icmaların və idman klublarının rəhbərləri ilə görüşərək təxribatların qarşısının alınması üçün birgə fəaliyyət planını müzakirə edəcək.-------13.59Milli.Az xəbər portalı "İnterfaks"a istinadən bildirir ki, Moskva şəhəri və Moskva vilayətində etnik zəmində toqquşmaların, habelə yerli radikalların qeyri-rus millətindən olanlara hücumları artır.Rusiya paytaxtının cənub-qərb səmtində Özbəkistan vətəndaşı qətlə yetirilib.Moskva Baş Daxili İşlər İdarəsinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, cinayətdə şübhəli bilinən şəxs - 20 yaşlı moskvalı artıq tutulub.Moskvanın cənub-şərqində isə Vyetnam vətəndaşı vəhşicəsinə döyülüb.Etnik zəmində hücumlarda artıq uşaqlar da iştirak edirlər.Moskva vilayətindəki Dolqoprudnıy şəhərindəki orta məktəblərdən birində rus məktəbli "qafqazlı" sinif yoldaşını bıçaqlayıb.Tacikistanın Rusiyadakı səfirliyi vəziyyətin yenidən gərginləşməsi ilə əlaqədar olaraq vətəndaşlarını "Moskvada hərəkət və yerdəyişmələri mümkün qədər azaltmağa" çağırıb.Ekspertlərin fikrincə, vəziyyətin bu gün də gərgin qalması Manej meydanında və şəhərin digər yerlərində qafqazlılarla millətçilər arasındkı toqquşmanın əks-sədasının səngiməməsi ilə bağlıdır.Manej meydanındakı iğtişaşlarda qətlə yetirilmiş 37 yaşlı qırğız, Oş şəhərinin sakini Əlişir Şəmşiyevlə bağlı cinayətin araşdırılması davam edir. Rusiyanınhüquq-mühafizə orqanları şəhərin "Sudostroitelnaya" küçəsində törədilmiş qətldə əli olmaqda şübhəli bilinən 5 gənci saxlayıb.Onları Rusiya Baş Prokurorluğunun İstintaq İdarəsi, Moskva milisinin Cinayət-Axtarışq İdarəsi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yaxalayıblar.Tutulanların 4 nəfəri yetkinlik yaşına çatmayıb ki, onların ikisi məktəblilərdir.Onların hamısı Naqatinskaya rayonunun sakinləridir.Dünən gecə saat 1 radələrində vəhşicəsinə döyülmüş vyetnamlı isə Moskvanın "Verxnie Polya" küçəsində hücuma məruz qalıb. 37 yaşlı vyetnamlı indi reanimasiya bölməsindədir. Onda çoxsaylı yaralar və ağır xəsarətlər var.Moskva vilayətindəki Dolqoprudnıy şəhərində 14 yaşlı yeniyetmə həbs olunub. O, əslən Şimali Qafqazdan olan sinif yoldaşını bıçaqlayıb."İnterfaks" və "Life.Ru" bildirirlər ki, insident şəhərdəki 13 saylı gimnaziyada baş verib. İki məktəbli arasında dava düşüb. Dava əsnasında 8-ci sinif şagirdi bıçaq çıxardaraq 9-cu sinif şagirdi olan qafqazlı yeniyetməni vurub.Sinif yoldaşını bıçaqlamış yeniyetmə tutulub.Rusiya Daxili İşlər Nazirliyi və Moskva Baş Daxili İşlər İdarəsi bu gün bəyan ediblər ki, etnik zəmində toqquşmalar yaratmaq istəyən, milli ayrı-seçkilik müstəvisində iğtişaşlar yaratmaq fikrinə düşən, habelə insanlara yalnız mənsub olduğu millətə görə hücum edənlər "mövcud qanunvericilik çərçivəsində ən sərt cəzalarını alacaqlar".Moskvadakı azərbaycanlılara gəldikdə isə, soydaşlarımızla bağlı durum normaldır. Milli.Az xəbər portalına Rusiya paytaxtındakı soydaşqlarımızın icma təşkilatlarından verilən məlumatlara görə, şəhərdəki gərginlik yerli radikallarla əslən Şimali Qafqazdan olanlar arasındadır. Həmin toqquşma və insidentlərdə azərbaycanlılar birmənalı olaraq, iştirak etmirlər.Radikallar və millətçilərin azərbaycanlılara hücumları da qeydə alınmayıb.Moskva meriyası isə şəhərdə yenidən toqquşmaların baş verməsinin qarşısını almaq üçün "asayişin təmin edilməsiylə bağlı xüsusi plan" hazırlamağa başlayıb.Plan bir həftə ərzində mer Sergey Sobyaninə təqdim edilməlidir."Bizə şəhərdə bu yaxınlarda yeni, sanksiyalaşdırılmamış mitinqlərin keçirmək cəhdləri ilə bağlı xəbərlər gəlir. Ona görə də belə qanun pozuntularının qarşısını almaq üçün xüsusi profilaktik plana ehtiyac var", - Rusiya paytaxtının meri bildirib.Milli.Az xəbər portalı İTAR-TASS-a istinadən bildirir ki, Moskvanın Təhsil Departamenti Manej meydanı və "Yevropeyski" ticarət mərkəzinin qarşısındakı iğtişaşlarda iştirak etmiş yeniyetmələrin valideynləri ilə profilaktiki söhbətlər aparmağa hazırlaşır.Milli.Az xəbər portalı bununla bağlı olaraq Moskva Təhsil Departamenti ilə əlaqə saxlayıb və informasiya təsdiqlənib.Bu arada Moskva vilayətinin Zelenoqrad və Solneçnoqorsk şəhərləri, habelə Nijni Novqorodda da radikal-millətçi gənclərin kütləvi aksiyaları keçirilib.Həmin aksiyalar nəticəsində xəsarət alan və ya hücuma məruz qalan azərbaycanlılar yoxdur.Orxan Hun292607562_1292607472_esas.jpg|--> 292607565_1292607510_03.jpg|-->
292607557_1292607514_05.jpg|-->
292607590_1292607520_02.jpg|-->
292607567_1292607522_01.jpg|-->
Похожие новости
Новые правила для банков: что изменится для тех, кто берет кредит
Центральный банк Азербайджана обновил требования к условиям предоставления потребительских кредитов и заимствования. Согласно новому решению, отношение долговой...