MOBİL TELEFONLARININ DA XEYRİ VAR İMİŞ
31
янв
2010
21:31
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
264958966_nokia207710.jpg|-->İnsanların əvəzolunmaz əşyalarına çevrilən mobil telefonlarların zərərləri haqqında hər gün bir məlumat yayılır. Hətta mobil telefonların yaydığı elektromaqnit dalğalarla beyin xərçəngindən tutmuş bir çox bədxassəli xəstəliklərə səbəb ola biləcəyi də iddia edilirdi.Ancaq Birləşmiş Ştatlarda sıçanlar üzərində aparılan araşdırmadan sonra məlum olub ki, mobil telefonlar yaddaş xəstəliyi olan Alzaimerin qarşısını ala bilir .Cənubi Florida Universitetində işləyən Gary Arendashın sədrlik etdiyi bir qrup alim Alzaimer xəstəsi olacaq qədər genetik dəyişikliyə düçar olan sıçanlara mobil telefonların yaydığı elektro maqnit dalğalar veriblər. Nəticə alimləri çaş baş salıb. Çünki elektromaqnit dalğalar alan siçanların digərləri ilə eyni yaddaşa sahib olduğu müşahidə edilib.Siçanlara 7 aydan 9 ayadək gündə 2 saat mobil telefonla danışan adamın məruz qaldığı elektromaqnit dalğalar verən alimlər bu müddətin sonunda müşahidə ediblər ki, Alzaimer xəstəliyinə səbəb olan beta amiloid zülalının toplanması dayanıb.Araşdırmada qrupundakı alimlərdən olan Çuanhay Çao araşdırmanın nəticəsinin mobil telefonla çox danışan adamların beyninə zərər dəymədiyinin əyani sübutu olaraq göstərib. Ancaq alimlər müalicəsi olmayan Alzaimer xəstəliyi məsələsində siçanlara təsir edən bir çox təcrübənin insanlara təsir edə bilməmə ehtimalını da səsləndirir.
Похожие новости
В известном парке Баку осушили искусственное озеро - названа причина
В парке "Гянджлик", расположенном в Хатаинском районе Баку, начинается масштабная реконструкция. Водоём на территории парка был полностью осушён - после заверше...