Məşhurlardan Twitter qadağasına cavab

Məşhurlardan Twitter qadağasına cavab
Общество 1394

Türkiyədə dünən gecə Twitter-in bağlanmasına məşhurlar sərt reaksiya verib. ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış şəxsləri sosial şəbəkənin blok edilməsinə etiraz edərək iqtidara ismarış göndəriblər. 

Türkiyədə dünyanın ən populyar şəbəkə saytlarından olan "Twitter” bağlanıb. ANS PRESS-in xəbərinə görə, bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. 

Məlumata görə, Ərdoğan mitinqdə, "Twitterin filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən bu sosial şəbəkəyə girmək mümkün olmayıb. 

Bu marağlı statuslardan bəzilərini sizə təqdim edirik:

Cem Yılmaz: "Ən son çıxan bağlasın bəylər! Gecəniz xeyrə".. 

Məşhurlardan Twitter qadağasına cavab

 Hakan Yılmaz: "Twitter-da tanış olan sevgililər, artıq əlaqəniz qanuni deyil". 

Məşhurlardan Twitter qadağasına cavab

 Oktay Kaynarca: "Twitter-i bağla, Facebook-u məhv et, internetə qadağa qoy. Ağlımızı, vicdanımızı, ürəyimizi hara basdıraq?"

Məşhurlardan Twitter qadağasına cavab

 Atilla Taş: "Baxdılar ortalıq qarışmadı, Twitter-i bağlayıb məni musiqiyə gətirərək xalqın səbri ilə oynamağa çalışacaqlar. Amma alınmaz, bunu etməyəcəm rahat olun".

Məşhurlardan Twitter qadağasına cavab

 Melike Demirağ: "Utancverici bir vəziyyətdir. Sosial şəbəkə qadağan edilməz".

Məşhurlardan Twitter qadağasına cavab

 Bərna Laçın: "Twitter qalan son damla demokratiya ilə birlikdə uçub getdi. Inana bilmirəm. Biz nə hala gəldik!" 

Məşhurlardan Twitter qadağasına cavab

 Özge Özder: "Xəyal idi gerçək oldu.. ;)

Məşhurlardan Twitter qadağasına cavab

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости