Metroda gedişhaqqı 20 qəpiyə qaldırıldı
28
ноя
2011
13:18
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan Baku.ws.-a verdiyi məlumata görə, iclasda müvafiq qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, metro ilə sərnişindaşıma xidmətlərinin, soba mazutunun, Dövlət Radiotezliklər İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti və İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. İclasda Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılıb. Məlum olduğu kimi, Bakı şəhərində sərnişindaşıma sisteminin təkmilləşdirilməsi və nəqliyyatın hərəkət gərginliyinin azaldılması məqsədilə Bakı Metropolitenin Perspektiv İnkişaf Planı hazırlanıb. Planda 2030-cu ilədək metro stansiyalarının sayının və xətlərin uzunluğunun artırılması nəzərdə tutulur. Bu çərçivədə son illərdə Metropolitenin vaqon parkının yenilənməsi, yeni stansiyaların istismara verilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Bununla əlaqədar olaraq, metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin birdəfəlik gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq, sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilərək, metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb. Metronun gediş haqqı qiymətinin artımı dekabrın 1-dən həyata keçiriləcək.
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...