“Mənim 20 yaşım var”

“Mənim 20 yaşım var”
Общество 2553
263813990_df70fd2cda39.jpg|-->Yanvarın 19-20-də 1990-cı il təvəllüdlü müxtəlif ali məktəb tələbələrinin iştirakı ilə universitetlərdə, küçə və meydanlarda “Mənim 20 yaşım var” adlı aksiya keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək.Aksiyada 20 Yanvar faciəsi ilə bağlı hazırlanmış bukletlər paylanılacaq, universitetlərdə isə xüsusi posterlər yerləşdiriləcək. Aksiya yanvarın 20-də saat 11.00-da Elmlər Akademiyası metro stansiyasının qarşısından start götürəcək.Bundan əlavə yanvarın 19-da Gənclər və İdman Nazirliyinin iclas zalında nazirliyin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin iyirminci il dönümünə həsr olunmuş konfrans keçiriləcək. Konfransda nazirlik əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri, millət vəkilləri, ali məktəb tələbələri, “Mənim 20 yaşım var” aksiyasının iştirakçıları iştirak edəcək. Tədbirdə mövzu ilə bağlı çıxışların dinlənilməsi və 20 yanvar faciəsinə həsr olunmuş videoçəkilişin nümayiş etdirilməsi nəzərdə tutulub.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости