Möcüzə: Həccə getməyən qadın oradan necə müsahibə verdi?! - FOTO
06
дек
2010
09:47
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
291402850_0.jpg|--> Milli.Az xəbər portalı "İslam Online"a istinadən bildirir ki, Sudanın Cuba şəhərində möcüzə sayıla biləcək hadisə baş verib.Ölkənin cənubunda yaşayan nuer qəbiləsindən olan Mədinə əl Əhlas həcc ziyarətinə gedə bilməsə də, onu həccdə yüzlərlə insan görüb və hətta sudanlı jurnalistlər ondan Məkkədə müsahibə də alıblar.İki ayağı da iflic olduğu üçün 18 ildən bəri əlil arabasına möhtac qalmış 64 yaşlı Mədinə and-aman edir, Qurana əl basır ki, həcc ziyarətinə yollanmaq həyatının arzusu olsa da, bunu gerçəkləşdirə bilməyib."Uşaqlıq illərimdən bəri həyatda ən böyük arzum Məkkəyə yollanmaq, həcc ziyarətinə getməkdi. Ərim Bəşirlə elə hey bu arzumdan danışardıq. Amma sonra ərimlə iki oğlum döyüşlərdən birində öldü, tək qaldım. Başıma gələnlərə rəğmən, arzumdan əl çəkmədim, çünki bütün bunları Allahın sınaqları sayırdım və indi də belə düşünürəm. 11 il idi ki, həccə yollanmaq üçün pul yığırdım. Çox kasıbam, buna görə də gərəkli məbləği belə uzun müddətə ərsəyə gətirə bildim", - Mədinə əl Əhlas bildirib.O, həcc ziyarəti üçün gərəkli olan məbləği tamamlayıb sənədlərini hazırlamağa başlayanda qonşusu Leyla ibn Numeyrinin ailəsi qəzaya düşür. Qonşu qadın ərini, 3 oğlunu və iki qızını itirir.Mədinə əl Əhlas da bir qədər düşünəndən sonra həcc üçün yığdığı pulların hamısını qonşusuna verir."Dedim ki, pulları götürsün - axı onun evində iki kiçik uşağı ac qalmışdılar. Eşidəndə ki, Leylanın ailəsi tələf olub - ağladım. Əliləm, təkəm, amma o məndən daha çox möhtacdı. Allaha yalvardım ki, məni əfv etsin - həcc üçün topladığım pulları qonşuma verdiyimə görə. Nə etmək olardı - arzumun gerçəkləşməsi sonraya qaldı".Həcc başlayır və bitir.Ötən həftə isə qonşuları Mədinə əl Əhlasın evinə gələrək onu hacı olması münasibətilə təbrik ediblər, gözaydınlığı veriblər.Biçarə qadın isə çaş-baş qalıb, nə söyləyəcəyini bilməyib."Onlara həccə getmədiyimi, Məkkə və Mədinədə olmadığmı dəfələrlə dedim, Qurani-Kərimə and içdim - inanmadılar. Dedilər çox təvazökaram, axı sudanlı jurnalistlər məndən Məkkədə müsahibə də alıblar. Qəzeti də göstiərdilər. Orada ayaq üstə durub jurnalistlə danışdığım yerdə şəklimi çəkmişdilər, arxamda da Əl Həram məscidi vardı", - 64 yaşlı Mədinə söyləyib.Sudanın Daxili İşlər Nazirliyinin yetkililəri də Mədinə əl Əhlas adlı vətəndaşın ölkə sərhədlərindən kənara çıxmadığını təsdiqləyiblər.Maraqlıdır ki, Sudandan həccə yollanmış zəvvarlar arasında da belə qadın olmayıb.Amma ziyarətdə olmuş bir neçə sudanlı Məkkədə belə bir qadını gördüklərini, onun gecə-gündüz dua etdiyini söyləyiblər.Orxan
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...