Lahıc Səfəri 5 APREL 2009 - 30 AZN

Lahıc Səfəri      5 APREL 2009 - 30 AZN
Общество 7884
Havalar qızır, Azərbaycanmızın gözəl rayonlarına səfərlərmiz davam edir. 12 Aprel, Bazar günü Qəbələ rayonuna səfər etməyi planlaşdırırıq. Hərkəsi gözləyirik!PS: Ailəvi gəlmək istiyənlərin nəzərinə! Rahat Ailəvi gəlib dincələ bilersiniz!Lahıc Səfəri - 5 APREL 200907:00-11:00 - Bakı-Lahıc yolu11:00 – 11:30 – Yerləşmə, asudə vaxt və çay süfrəsi.11:30-12:30 - Qəsəbə ərazisində bütün tarixi abidələrdə gəzinti: Adı VII əsrdən məlum olan, Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə məşhurdur. Dağlar qoynunda salınmış bu kiçik şəhər Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Burada misdən döymə üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı çoxdan məşhurlaşdırıb. Lahıclı ustaların düzəltdiyi qablar və silahlar bütün Qafqazda çox həvəslə alınırdı.Lahıcdakı emalatxana və dükanların demək olar ki, hamısı qəsəbənin mərkəzi küçəsi boyunca yerləşmişdir. Mövcud çətinliklərə baxmayaraq öz əcdadlarının işlərini davam etdirən yerli sənətkarlar - misgərlər, sərraclar, döymə işi ustaları, dulusçular, dəmirçilər, papaqçılar az deyil. Lahıc kəndində tarix-mədəniyyət qoruqları yaradılmışdır. Buradakı tarixi abidələr mühafizə olunur. Lahıc kəndində isə Bədöyün məscidi, Zəvəro məscidi (1791-ci il), Ağoli məscidi və Zəvəro bulağı mühafizə olunur.12:30-13:30 – Nahar“Lahıc dolması” + kənd toyuğundan sup, salat, + Çay süfrəsi13:30-16:30 - Cavanşir qalasının fəthi + ŞəlaləEkstrim sevənlər üçün ən münasib seçimdir. Tənbəllər bu fəthdə iştirak etməyə bilər. Dağın zirvəsinə çatdıqda bütün dünya sanki sizin ayaq altınızda olacaq. Amma onu deyim ki, bir də belə hiss heç yerdə duymayacaqsınız.16:30 – 17:00 - Çay süfrəsi. Dönüşə hazirlıq. 17:00 – 21:00 – Lahij - Bakı yoluTurun qiyməti: 30 AZNSon qeydiyyat tarixi: 4 Aprel 2009 – cu ilQiymətə daxildir: Avtobus ( İsuzu 28 nəfərlik )Avtobusda qəlyanaltıNahar yeməyi Çay süfrələriProfessional BələdçiQeydiyyata düşmək üçün:Tel: (050) 377 31 13E-mail: mamedov23@yahoo.com
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости