Internet tarifləri yenidən endirildi

Internet tarifləri yenidən endirildi
Общество 2
Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternet üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib.”APA-ECONOMICS”in məlumatına görə, iclasda ölkədə mövcud internet tariflərinin sentyabrın 1-dən etibarən təxminən üç dəfə endirilməsi qərara alınıb. Bununla yanaşı, iclasda ölkənin aparıcı internet provayderi olan “Delta Telecom” şirkəti sabahdan oktyabrın 1-dək 1 MBt/saniyə sürəti üçün tarifin 275 manatdan 110 manatadək endirilməsinə dair qərar qəbul olunub. Qeyd edək ki, nəticədə, internet xidmətləri bazarında fəaliyyət göstərən digər provayderlərin də öz növbələrində xidmətlərin maya dəyərinin aşağı düşməsini nəzərə alaraq, mövcud tariflərini endirəcəyi gözlənilir.Beləliklə, genişzolaqlı internet xidmətləri bazarının daha intensiv inkişaf etməsinə imkan yaradılacaq və istifadəçilər keyfiyyət və sürət baxımından müasir internet xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə etmək imkanı əldə edəcəklər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости