Hafiz Məmmədov: "Mübariz Mənsimov mənə 8 milyon dollar borcludur"
Узнавайте о новостях первыми
Bir neçə gün öncə tanınmış azərbaycanlı milyonçu, "Lans” klubunun sahibi və Madridin "Atletiko” klubunun səhmdarı Hafiz Məmmədov qalmaqallı bəyanatla çıxış edib.
O, başqa bir azərbaycanlı milyonçu, "Palmali” şirkətinin sahibi, Türkiyədə gəmiqayırma biznesi ilə məşğul olan və dəniz daşınmalarının bir hissəsinə nəzarət edən Mübariz Mənsimovu ona olan borclarını qaytarmağa çağırıb. Belə bir bəyanatla H.Məmmədov AFFA-nın İcraçı komitəsinin iclasından sonra çıxış edib.
Belə təəssürat yaranır ki, nəinki Hafiz Məmmədov, həmçinin Mübariz Mənsimov da artıq ciddi maliyyə böhranı ilə qarşılaşıblar. Bir neçə həftə əvvəl dünya KİV-ləri Fars körfəzində neft tankerlərinin həbsi haqqında məlumat vermişdilər. Gəmilər M.Mənsimova məxsus idi. Bu da ikinci qalmaqal – bu dəfə M.Mənsimova Hafiz Məmmədova 8 milyon dollar borclanıb.
Bir sırz məməbələrin verdiyi məlumata görə, söhbət özəl təyyarənin – reaktiv biznes-cet Falcon-un alınması üçün müqavilədən gedir. M.Mənsimov bu təyyarəni H.Məmmədovdan satın alıb. Razılığa əsasən, M.Mənsimov 5 mln-luq kredit və 4 mln əlavə faiz borcunu ödəməli idi. Palmali şirkəti Məmmədovun borcunu ödəməyib. Görünür, maliyyə böhranı gəmiçilik maqnatının da mövqelərinə ciddi zərbə vurub.
Beləliklə, bu ciddi çıxışla Hafiz Məmmədov Azərbaycanın biznes cəmiyyətində özü haqda bir daha bəyan etmiş oldu.
Lalə Vəliyeva
BAKU.WS
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...