Həsən Şirinov: “İnanıram ki, bu yaxınlarda general rütbəsi alacağam”

Həsən Şirinov: “İnanıram ki, bu yaxınlarda general rütbəsi alacağam”
Общество 7613
“Şəhər “QAİ”-sinin rəisi vəzifəsindən azad olunmağımı isə “vurulmaq” kimi yox, əksinə vəzifədə irəli çəkilmək kimi qiymətləndirmək lazımdı”“Mən 1994-cü ildən 2009-cu ilin sentyabrına kimi Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışmışam. Ötən ilin sentyabrında isə Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin olunmuşam. Lakin həmin vaxtdan iki gün əvvələ kimi eyni zamanda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini də icra edirdim. İki gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni rəis təyin olundu. İndi mən öz işimlə məşğulam. Şəhər “QAİ”-sinin rəisi vəzifəsindən azad olunmağımı isə “vurulmaq” kimi yox, əksinə vəzifədə irəli çəkilmək kimi qiymətləndirmək lazımdır. Yəni məni yeni və daha yüksək vəzifəyə təyinat aldığıma görə təbrik etmək lazımdır. Çünki mən adi vəzifədən general səlahiyyətində olan vəzifəyə təyin olunmuşam. İnanıram ki, bu yaxınlarda general rütbəsini də alacağam. Eyni zamanda indiki vəzifəmə Bakı şəhərində yol polisinin fəaliyyətinə nəzarət də daxildir. İndiyə qədər polisdə göstərdiyim bütün xidmətlər həm prezident, həm də nazir tərəfindən yüksək qiymətləndilib”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sabiq rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Həsən Şirinov deyib. O, BŞDYPİ-ə rəhbərlik etdiyi müddətdə dəfələrlə xidmətdə fərqləndiyini, vəzifəsinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb. H. Şirinov paytaxtda yol hərəkətinin hazırkı vəziyyətinə də toxunub: “Azərbaycan paytaxtında yol infrastrukturunda ciddi inkişaf müşahidə olunur. Az qala hər ay yeni yollar, keçidlər, körpülər və prospektlər istifadəyə verilir. Bütün bunlar şəhərdə nəqliyyatın hərəkətini daha yaxşı tənzimləmək məqsədi daşıyır. Bakı kimi sürətlə böyüyən şəhərdə hərəkəti tənzimləmək qəhrəmanlıqdır. İstanbulda saatlarla tıxac olur. İnsanlar bu səbəbdən evdən çıxa bilmir. Onlar çox zaman yollarını dəyişirlər. Bizdə isə insanlar adi tıxaclara belə öyrəşməyiblər. Tıxaclar çox zaman sürücülərin öz günahları üzündən yaranır. Bakıda ara-sıra yaranan tıxacları müvəqqəti hal kimi qiymətləndirirəm. Yəqin ki, Bakıda yol infrastrukturunun yenilənməsi ilə bağlı həyata keçirilən işlər başa çatandan sonra bu problemlər də aradan qalxacaq”.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

137 Общество 22:55 28 октября 2026

Последние новости