“Google” xəbərdarlıq etdi !

“Google” xəbərdarlıq etdi !
Общество 2689
272821703_google.jpg|--> “Google” şirkəti bədəməl istifadəçilər tərəfindən saxta antivirus proqramlarının geniş yayılması barədə xəbərdarlıq edir.Baku.ws-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkət hesab edir ki, artıq ciddi problemə çevrilən bu vəziyyət birbaşa Şəbəkə istifadəçilərin təhlükəsizliyinə xətər gətirir. Şirkətin son 13 ay ərzində apardığı 240 milyon saytın təhlili zamanı müəyyən olunub ki, saxta antiviruslar aşkar olunmuş zərərli proqram təminatlarının 15 faizini təşkil edir. Saxta antiviruslar ən asan qazanc yollarından biridir. Bu cür proqramları kompüterə yükləyəndən sonra onları sonradan ləğv etmək çox çətindir. Saxta təhlükəsizlik proqramları bir çox hallada “Windows Update” yenilənmə funksiyasına çıxışı və əsl antivirusların işini bağlayır. Xəbərdarlıqda qeyd olunur ki, çoxlu sayda istifadəçi bu cür proqramların qurbanı olmaqla dələduzlara pul ödəyirlər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости