“Google Earth”də Bakının üçölçülü təsvirləri yerləşdirilib
01
июн
2010
10:23
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| “Google” şirkətinin bir qədər əvvəl dünya şəhərlərinin təsvirlərini 3D formatına çevrilməsinə başlayan “Google Earth” servisi artıq Azərbaycana da gəlib.BaKu.wsı-n Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın Nyu-York şəhərindəki binaların təsvirinin 3D formatında işlənib hazırlanmasını həyata keçirən tərtibatçılar Azərbaycan paytaxtı Bakının da müvafiq görüntülərinin hazırlanmasına başlayıblar. Proqramın bir qədər bundan əvvəlki yenilənməsindən sonra artıq bəzi obyektlərə 3D formatında baxmaq mümkündür. Bunların arasında Bakının televiziya qülləsi, Hökumət Evi, Azərbaycan Mərkəzi Bankı, Bakı Bulvarında quraşdırılmış Azərbaycan bayrağı və məşhur Qız Qalası yer alıb. Sadalanan bütün bu tikililərin üçölçülü təsvirləri hazırlanıb və hazırda onlar olduqca real görünür. Binaların hətta ən xırda detalları belə tərtibatçıların nəzərindən qaçmayıb (açıq pəncərələr, elan lövhələri, ventilyasiya qurğuları və s.). 3D formatına çevrilmiş bu təsvirlərin birinə daxil olmaqla həmin bina haqqında ətraflı məlumat almaq, fotoşəkillərə baxmaq, binanı əhatə edən küçələr və digər maraqlı informasiya əldə etmək olar. “Google”un bu cür tempini nəzərə alsaq, çox güman ki, artıq yaxın gələcəkdə bütün Azərbaycana 3D təsvirdə baxmaq mümkün olacaq. |
Похожие новости
Сколько детей появились на свет в тюрьмах Азербайджана в этом году?
За последние 6 лет в тюрьмах Азербайджана родился 21 ребенок. Как сообщает modern.az, в исправительном учреждении № 4 родилось 3 ребенка. Данный показатель низо...