Gəlin toyda yığılan pulla sinəsinə silikon qoydurdu
07
июн
2011
10:03
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Hər xalqın toy adəti fərqlidir və bu fərqliliklər qəribə qarşılanmamalıdır. Məsələn, Azərbaycan toyunda yığılan pullar hansısa (bozbaş) müğənnini toya dəvət etməyə, fişəngə, klouna, rəqqasəyə, içkiyə və sair lüzumsuz işlərə sərf edilirsə, İngiltərədə vəziyyət bir qədər başqadır. Burada toydan əldə edilən gəlir adətən gənc ailənin ehtiyaclarını qarşılamağa (hansısa məişət əşyası almaq, krediti bağlamaq, bal ayına çıxmaq və s.) sərf olunur. Lakin yeni ailə quran Hampson cütlüyünün qonaqlardan istədiyi tam başqa bir şey olub: gəlinin plastik cərrahiyyə əməliyyatını maliyyələşdirmək. Qonaqlar bu təklifi qeyri-adi qarşılamayıb və toydan yığılan vəsait 5000 dollarlıq plastik əməliyyatı maliyyələşdirməyə kifayət edib. Əvvəlki ərindən 3 uşağı olan qadının sinəsi doğuşdan sonra dəyişibmiş. Əməliyyatdan sonra isə o, bu problemindən azad olub.
Похожие новости
В Азербайджане чиновников обяжут возвращать незаконно полученные льготы
В Азербайджане имущество, привилегии и льготы, полученные должностными лицами в результате конфликта интересов, предлагается обращать в доход государства. Как с...