“Eurovision 2011” milli seçim turunun növbəti yarımfinalı başlayır - FOTOSESSİYA
12
янв
2011
09:39
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Xəbər verdiyimiz kimi, bu həftə “Eurovision” mahnı müsabiqəsinin milli seçim turlarının növbəti yarımfinalına start verilir. İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) Milli.Az-a verilən xəbərə görə, yanvarın 10-dan 14-nə kimi 10 yarımfinalçı ötən həftələrdə olduğu kimi öz ifa və rəqs bacarıqlarını nümayiş etdirəcək, həftənin cümə günü isə 50% tamaşaçı, 50% isə münsiflərin səsverməsi ilə finalda yarışacaq beş nəfər məlum olacaq. Yarımfinal İTV-nin efirində canlı yayımlanacaq. Milli.Az xəbər portalı Sizi bu həftə çıxış edəcək 10 yarımfinalçı ilə daha yaxından tanış edir:1. Çingiz Mustafayev – “Yeni Ulduz” müsabiqəsindən tanınan gənc ifaçı yarımfinalda tamaşaçılar qarşısına yenə də maraqlı proqramla çıxacaq. Çingiz Mustafayevin bu həftəki repertuarına Avropa üslubuna uyğun, lakin müasir və Azərbaycan musiqisinin elementlərindən istifadə olunan mahnılar daxildir. Qeyd edək ki, Çingiz Mustafayev milli seçim turunun ilk həftəsinin yarımfinalçısıdır.2. Nurlan Növrəsli – İndiyədək Azərbaycanı bir çox beynəlxalq musiqi festivallarında təmsil edən Nurlan Növrəsli yarımfinalın əsas favoritlərindən sayılır. Müğənninin bu həftəki çıxışı üzərində ötən dəfə olduğu kimi qardaşları – Şahin və Tərlan Növrəslilər və komandası çalışıb. Növrəslilər ailəsini dəstəkləyənlər sırasında ötən il milli seçim turunun münsiflərindən olan xalq artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli var. 3. Günay İbrahimli – Musiqiçi ailəsində doğulan gənc ifaçı müğənnilik karyerasına “Yeni Ulduz” müsabiqəsindən başlasa da, daha çox repçi Elşad Xose ilə olan “Yadına sal” dueti ilə tanınıb. Güclü vokal imkanlarına sahib olan Günay İbrahimli müsabiqəyə Azərbaycanın bir çox müğənnilərinin, həmçinin digər yarımfinalçı İlqarə İbrahimovanın da müəllimi olan Mziya Qambaşidze ilə hazırlaşıb. 4. Nikola Barkli – Milli seçim turunun 3-cü həftəsinin digər qalibi olan ifaçı əslən şotlanddır. Azərbaycana 2010-cu ilin avqust ayında gələn Nikola ixtisasca idman müəlliməsidir. Azərbaycanın indiyədək “Eurovosion” mahnı müsabiqəsindəki çıxışları arasında daha çox Safura Əlizadənin çıxışını bəyənir.5. Arzum Xəlilova – “Azəri Star” müsabiqəsindən tanınan ifaçı bu həftə özünün daha çox vokal imkanlarını göstərməyə çalışacaq. Müğənninin Milli.Az-a verdiyi xəbərə görə, o, bu həftə klassik deyil, ritmik mahnılar ifa edəcək. Arzum bu həftə göstərəcəyi performansı – rəqsi və s. üzərində özü çalışıb. 6. Aynişan Quliyeva – Milli seçim turunun 5-ci həftəsinin qalibi olan Aynişan yarımfinalda ifa edəcəyi mahnıları anası, əməkdar artist Aybəniz Haşımova ilə birlikdə seçib. Gənc ifaçının və onunla birlikdə səhnədə olacaq rəqqasların geyimləri Ukraynada hazırlanıb. Aynişanın rəqsləri üzərində isə tanınmış xareoqraf Andrey Babiç çalışıb.7. İlqarə İbrahimova – Xalq artisti Aygün Kazımovanın qızı yarımfinalın əsas favoritlərindən biridir. Bu həftə ifa edəcəyi mahnılar sırasında İlqarə yenə də anasının repertuarından olan mahnılardan birinə üstünlük verəcək. Qeyd edək ki, İlqarə İbrahimovanı dəstəkləyənlər sırasında “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Safura Əlizadə var.8. Eldar Qasımov – Bakı Slavyan Universitetinin tələbəsi olan Eldar Qasımov 7-ci həftənin qaliblərindən biridir. Güclü vokal imkanları ilə münsiflərlə yanaşı, tamaşaçıların da rəğbətini qazanan ifaçı rus və alman dillərini bilir. 9. İlhamə Qasımova - “Yeni Ulduz” müsabiqəsinin qaliblərindən olan müğənni “Eurovision” mahnı müsabiqəsinin milli seçim turunun 7-ci həftəsinin qaliblərindəndir. İlhamə Qasımova bu həftə öz vokal imkanlarından başqa, rəqs bacarığını da nümayiş etdirməyə çalışacaq. 10. Nigar Camal – İxtisasca iqtisadçı olan Nigar Camal Londonda yaşayır. Bəstəkar İsa Məlikovun layihəsi olan ifaçı indiyədək yalnız 1995-96-cı illərdə keçirilən “Pöhrə” musiqi müsabiqəsində iştirak edib.Məlumat üçün bildirək ki, Azərbaycanın builki “Eurovision” təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlər Avropa Yayımlar Birliyinin (EBU) qaydalarına uyğun təşkil olunur. İTV-dən Milli.Az-a verilən xəbərə görə, Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün final mərhələsi fevralın ilk günlərində böyük konsert proqramı ilə baş tutacaq. Final mərhələsində Azərbaycanı müsabiqədə təmsil edəcək şəxs beş nəfər arasından münsiflərin səsverməsi ilə seçiləcək. İTV rəsmisinin sözlərinə görə, son mərhələdə ancaq münsiflərin iştirakı nəzərdə tutulur. Qalibin adı fevral ayının 2-si “Buta Palace”da keçiriləcək konsertdə məlum olacaq.Leyla294762532_1294762302_01.jpg|--> 294762526_1294762304_07.jpg|-->
294762553_1294762306_08.jpg|-->
294762555_1294762326_02.jpg|-->
294762567_1294762329_05.jpg|-->
294762518_1294762332_06.jpg|-->
294762545_1294762347_04.jpg|-->
294762506_1294762357_09.jpg|-->
294762549_1294762377_03.jpg|-->
294762542_1294762400_10.jpg|-->
Похожие новости
Жители двух районов Баку останутся без газа
Сегодня в ряде территорий Сабунчинского и Насиминского районов Баку не будет газа. Как передает BAKU.WS, об этом сообщили в производственном объединении "Азериг...