Ermənistana buraxılmayan jurnalist reallığı Azərbaycanda axtarır - FOTO
26
мар
2011
11:51
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Milli.Az xəbər portalı bildirir ki, bu il martın 6-da Ermənistanda buraxılmayan isveçrəli jurnalist Andre Vimber Bakıda səfərdədir. Erməni barbarlığı nəticəsində beynəlxalq aləmdə “ruhlar şəhəri” kimi tanınan Ağdamdan hazırladığı reportaja görə işğalçı ölkədə onu sevmirlər.Müstəqil jurnalist kimi fəaliyyət göstərdiyini deyən Andre Vimber ötən il dünyada qaynar nöqtə sayılan Qarabağdan reportaj hazırlamaq fikrinə düşür. Bunun üçün o, Ermənistana gəlir. Ermənilər bir çox saxta tərəfdarları tək onun da faktları təhrif edəcəyini düşünərək iltifat göstərir, üstəlik, işğal etdikləri Qarabağ torpağına getməsinə mane olmurlar. Xankəndi ilə yanaşı işğal edilmiş digər ərazilərə səfər isə xarici jurnalisti heyrətə gətirir. O, öz ölkəsinə qayıtdıqdan sonra ermənilərin törətdikləri vəhşiliklər barədə həqiqəti əks etdirən geniş reportaj hazırlayır. Bu isə qəsbkarlıq əməllərinin üstü açılan erməniləri möhkəm qəzəbləndirir. Bu il bölgə barədə daha geniş material toplamaq və kitab yazmaq barədə düşünən Andre Vimber yenidən Ermənistana gəlir. Lakin ona olan kin-küdrəti soyumayan ermənilər xarici jurnalisti elə aeroportdan geri qaytarırlar. Səbəb: o, həqiqəti gizlətmir.İsveçrəli jurnalist Ermənistana səfər edə bilməsə də Azərbaycana maneəsiz gəlir. O, bu dəfə Azərbaycan tərəfinin fikrini öyrənməklə gələcək kitabı üçün material toplamaq arzusundadır. A.Vimberlə Qarabağ Azadlıq təşkilatının ofisində görüşdük. O, təşkilatın sədri A.Nağı, 11 yaşı olarkən Ağdamdan məcburi köçkün düşmüş Elnur Quliyev, Tərtər bölgəsində döyüşlərdə iştirak etmiş Gültəkin Quliyeva və başqaları ilə söhbətlərində “Siz torpaqların azad edilməsinin həlli yollarını necə görürsünüz?” sualını tez-tez verir, münaqişə barədə ictimai fikri öyrənməyə çalışırdı.Ötən il Ermənistan tərəfdən işğal edilmiş torpaqlarımıza səfəri barədə danışanda Ağdamda gördüklərini A.Vimber dəhşətlə xatırlayır:”Xaraba qalmış evlərdən son tikinti daşlarını, su və kanalizasiya borularını ermənilər maşınlara yükləyib daşıyırdılar. Orada demək olar ki, heç nə qalmamışdı”. Onun dediyinə görə, bu dəfəki səfərindən məqsəd Azərbaycan ictimaiyyətinin, bilavasitə qarabağlı məcburi köçkünlərin mövcud vəziyyət barədə düşüncələrini, münaqişənin həlli yolları barədə şəxsi mülahizələrini öyrənmək və bu haqda kitab yazmaqdır. Andre Vimber bizimlə söhbətində dedi ki, Ağcabədidə məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş də onda dərin təəssürat oyadıb: ”Laçınlılar deyirdilər ki, bizə nə maddi yardım, nə də mənəvi təsəlli lazımdır. Biz torpaqlarımıza qayıtmaq istəyirik” - deyə, jurnalist bildirir. A.Vimber müharibədə iştirak etmiş, habelə onu gözlərilə görmüş yerli sakinlərlə görüşündə, regionda topladığı faktlar, lentə aldığı 300-ə qədər fotoşəkillər nəticəsində ortaya çıxaracağı həqiqətləri Avropa mətbuatında yaymaq fikrində olduğunu açıqladı..N.Novruz300896925_1300896902_1.jpg|--> 300896924_1300896933_2.jpg|-->
300896941_1300896945_3.jpg|-->
Похожие новости
Ганира Аташова: У Парвиза Абубекирова нет высшего образования, а его диплом - подделка
Здравоохранение Азербайджана избавилось ещё от одного руководителя без диплома. Парвиз Абубекиров покинул должность руководителя пресс-службы Министерства здрав...