Ermənilər “Avroviziya-2010”a oğurluq musiqi aləti ilə gedir
05
апр
2010
23:48
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
270490040_1265801745_5bdb031aa5e9.jpg|--> Ermənistanın “Avroviziya-2010” mahnı müsabiqəsinin ifaçısı Yeva Rivası tütək müşayiət edə bilər. Erməni tütək ifaçısı Civan Qasparyan müsabiqədə Yeva Rivasla birgə iştirak edə biləcəyini təsdiqləyib. Civan Qasparyanın sözlərinə görə, bir erməni kimi müsağbiqədə iştirakı Ermənistan təmçsilçisinə kömək edəcəksə, o, Osloya getməyə hazırdır. O deyib ki, onun “Avroviziya-2010”-da iştirakını yalnız bir sıra texniki problemlər əngəlləyə bilər: “Mənə “Avroviziya-2010”-da iştirakı çoxdan təklif ediblər. Lakin məsələ bundandır ki, mayın 22-də mənim İtaliyada simfonik orkestrlə birlikdə konsertim olmalıdır. Bu barədə müqavilə bir il əvvəl imzalanıb və bundan imtina edə bilmərəm. Qrafikə görə, bizim təmsilçilər Osloda mayın 21-də olmalıdırlar. Əgər mənim olnlara İtaliyadakı konsertdən sonra qoşulmağıma razılıq versələr, mən mütləq gedəcəm. Çünki söhbət Ermənistanın şərəfindən gedir”.Bununla belə, Civan Qasparyan “Avroviziya” mahnı müsabiqəsinə qeyri-ciddi yanaşdığını bildirib və onu “qeyri-peşəkar münfiflərlə pioner müsabiqəsi” adlandırıb. Qeyd edək ki, Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin müsabiqədə ifa edəcəyi “Drip drop” mahnısının son versiyası yaxın vaxtlarda təqdim olunacaq. Milli musiqi alətimizin səsini “Drip Drop” mahnısının ikinci bəndində eşitmək mümkün olacaq.
Похожие новости
Возбуждено уголовное дело по факту нападения на представителей СМИ в школе
В связи с хулиганскими действиями в отношении сотрудников Real TV ("Реального аналитического и информационного центра") в одной из средних школ Ясамальского рай...